Now Reading:
Azadlığa çıxan fəal: “Bu işi Avropa Məhkəməsinədək qovacağam”

İmişli Rayon Məhkəməsinin hökmü ilə 5 ay müddətinə həbs edilən ictimai fəal, «Gündəm-xəbər» qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarov həbsdən çıxdıqdan sonra, AzadlıqRadiosu-na danışıb.

O, açıqlamasında vurğulayıb ki, cəzasının 39 gününü Qaradağdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində keçirib. Səhhəti pisləşdiyinə görə müalicə olunub:

“Mənim 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməyimin özü də sifarişli idi. Bildiyiniz kimi, məhkum olunanlar həbsxanalardan yaşayış yerlərinə daha yaxın müəssisələrə köçürülməlidir. Qaradağdakı şərait ölkənin digər cəzaçəkmə müəssisələrindən daha pis olduğundan, siyasi motivlərlə həbs olunanlara əlavə cəza vermək üçün məhz ora göndərilir”.

Azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayan Şirvan Apellyasiya Məhkəməsinin qərarını, hələ də almadığını bildirən ictimai fəal, bundan sonra da hüquq müstəvisində mübarizəsini davam etdirəcəyini deyir: “Bu işi Avropa İnsan hüquqları Məhkəməsinədək qovacağam”.

M. Zülfüqarovun həbsinə səbəb birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktub olub. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin bölgə idarəsinin rəisi Saleh Səmədov həmin məktubda barəsində yazılanları böhtan hesab edərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

İmişli Rayon Məhkəməsi M. Zülfüqarovu Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və məhkəmə zalında həbs edib. O, böhtanda günahlandırılaraq 5 ay müddətinə azadlıqdan məhrum edilib. Siyasi Məhbusları Müdafiə Mərkəzi M. Zülfüqarovun adını “siyasi məhbuslar siyahısı”na daxil edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.