2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

”Azadlıq Radiosu” rəhbərliyi saytlarının Azərbaycanda əngəllənməsini pisləyir

radio-free-europe““Meydan TV” və “Azadlıq” qəzeti də eyni problemlə qarşılaşır”

Azərbaycandan “Azadlıq Radiosu”nun saytına giriş əngəllənib. Bu barədə “Azad Avropa / Azadlıq Radiosu” korporasiyasının bəyanatında deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Hesab etmək lazımdır ki, provayder – “Delta Telecom” şirkəti martın 27-dən saytı bağlamağa başlayıb. “Freedom House” təşkilatının məlumatına görə, Azərbaycan hökumətindən lisenziyası olan “Delta Telecom” şirkəti ölkənin iki əsas İnternet tədarükçüsündən biridir”, – deyə bəyanatda bildirilir.

Sənəddə həmçinin qeyd edilib ki, digər müstəqil KİV-lər – “Meydan TV” və “Azadlıq” qəzeti də eyni problemlə qarşılaşır.

“Azad Avropa / Azadlıq Radiosu” korporasiyasının prezidenti Tomas Kent bu cür əməlləri pisləyərək, onları alternativ informasiyanın yerli auditoriyaya çatdırılmasını əngəlləmək məqsədilə Azərbaycan hökumətinin açıq-aşkar sui-istifadəsi kimi qiymətləndirib.

Bəyanatda həmçinin qeyd edilir ki, “Freedom House”un söz azadlığı sahəsində vəziyyət haqqında hesabatına əsasən, Azərbaycan jurnalistlərin daim dövlət məmurları tərəfindən təqiblərə məruz qaldığı qeyri-azad ölkələr kateqoriyasına daxil edilib.

“Azadlıq Radiosu” Praqadakı veb-saytından məlumatları yaymağa, rəsmi mətbuatın mühüm alternativi olaraq qalmağa davam edir.

Bir müddət əvvəl Azərbaycan hakimiyyəti sözügedən internet-resurslardan istifadədə hər hansı problemlərin yaranmasını inkar edib.

“Amnesty International” insan haqları təşkilatı və VirtualRoad.org saytı da Azərbaycanda siyasi fəallara, ayrı-ayrı saytlara kiberhücumlardan yazmışdılar. VirtualRoad.org son aylarda abzas.net, cumhuriyyet.net və azadliq.info saytlarına eyni mənbədən hücumlar olunduğunu qeyd edirdi:

“İzlər bu saytlara eyni IP ünvandan hücum edildiyini göstərir. Həmin IP şəbəkədə isə Azərbaycanın bir neçə hökumət qurumu var”.

Tədqiqatçılar hücumların, əsasən, yenicə formalaşdırılmış Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyindən gəldiyini müəyyənləşdirmişdilər. Ancaq nazirlik, bu iddiaları rədd edib.

Meydan TV, AzadlıqRadiosu, Amerikanın Səsi media qurumlarının saytlarına giriş məhdudiyyəti 2016-cı ilin sonlarından başlayıb.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi belə problemin olduğunu inkar edir. Meydan TV problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən cavab ala bilmir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button