2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azadlıq”ın əməkdaşına cinayət işi qaldırıldı

Biləsuvar polisi öz çayxanasını xüsusi tədbirlərlə mühafizə edir

Biləsuvarda Azadlıq qəzetinin bölgə müxbiri Ziya Əsədliyə qarşı cinayət işi qaldırılıb. Yerli polis ona qarşı Cinayət Məcəlləsinin 221- ci maddəsi ilə cinayət işi qaldırıb. Polisin ittihamına görə Ziya Əsədli rayonda yerləşən çayxanaların birində xuliqanlıq hərəkəti edib. Əslində isə uydurma cinayət hadisəsinin baş verdiyi zaman Ziya Əsədli həmin çayxanada , ümumiyyətlə olmayıb və təbii ki, heç kimlə də heç bir konflikti olmayı.Yerli olis onun üzünə durmağa adam da tapıb ki, bu, Azərbaycan polisinin praktikasında adi hallardan birinə çevrilib. Ziya Əsədlinin guya xuliqanlıq etdiyi deyilən çayxana yerli polisin mayor rütbəli Vaqif adlı zabitinə məxsusdur. Polis zabiti öz çayxanasında müxalifətçilərə çay satılmasını qadağan edib və buna görə də Ziya Əsədli həmin çayxanaya getmir. Onun üzünə duran şəxs isə iddia edir ki, Ziya Əsədli həmin çayxanaya gəlib və dövlətə qarşı təxribatçı fikirlər səsləndirib…

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button