Gündəm

‘Azadlıq’ın bölgə müxbirinə cinayət işi açılıb

“Azadlıq” qəzetinin cənub bölgəsi üzrə müxbiri Ziya Əsədliyə cinayət işi açıldığı bildirilir.

Bu haqda onun özü AzadlıqRadiosu-na məlumat verib.

Biləsuvar rayonunda yaşayan Z.Əsədlinin bildirdiyinə görə, yerli polis şöbəsi barəsində cinayət işi açılıb.

“Cinayət işi tamamilə quramadır. Mənim jurnalistika fəaliyyətim, burda baş verənləri Azadlıq.info saytı vasitəsilə yaymağıma görədir ”, deyən Z.Əsədli ona basıqların aprelin əvvəlindən başladığını bildirib.

“Aprelin əvvəlində Biləsuvar rayonunun Xırmandalı kəndində sakinlərin narazılığı olmuşdu. Həmin hadisələri işıqlandırmışdım. Bunun ardınca polisin təzyiqi genişləndi”, deyən Z.Əsədlinin bildirməsinə görə, onu yerli çayxanada xuliqanlıq etməkdə ittiham edirlər.

Jurnalistin sözlərinə görə, çayxanada insident olub. Amma özü hücuma məruz qalıb, ona zor tətbiq edilib, nəticədə telefonu da qırılıb.

“Məni çayxanaya buraxmadılar. Özüm də döyüldüm, telefonum sındırıldı. Bununla bağlı dərhal 102 xidmətinə də məlumat verib, tədbir görülməsini istəmişəm. Ancaq indi bəlli olur ki, mənə qarşı şikayət var”,

Z.Əsədli deyir ki, ona Biləsuvar rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi üzrə cinayət işi açıblar. Əgər, bu ittiham üzrə jurnalistin təqsirkar olduğu sübuta yetirilsə ona 1 ilə kimi həbs cəzası verilə bilər.

Z.Əsədlinin nəql etdikləri ilə bağlı Biləsuvar rayon Polis Şöbəsindən, hələlik, münasibət almaq mümkün olmayıb. Polisdən bildiriblər ki, rəsmi şəkildə yazlı sorğuya cavab verə bilərlər.

“Azadlıq” qəzetinin çapı ötən ildən dayanıb. Rabitə, Nəqliyyat və İnformasiya Texnologiya nazirliyi ötən ayın 27-dən bir sıra saytlar kimi azadlıq.info saytını da bloklayıb.

24saat.org

Mənbə – azadliq.org

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close