2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“Azadlıq”ın bölgə müxbiri niyə həbs olundu?

“Demişdim ki, sənə “torba” tikirlər”

Azadlıq” qəzetinin müxbiri Ziya Əsədlinin həbsi ilə bağlı yaxınları açıqlama yayıb. O, sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı jurnalistin həbsi ilə bağlı bunları deyib: “Bir vətəndaşın şikayəti əsasında ona cinayət işi qaldırılmışdı. Ümumi çayxana var, oraya musiqiçilər və digər peşə sahibləri toplaşırlar. Orada nərd, domino oynayırlar. Bu da arabir ora gedirmiş. Orada tənqidi fikirlər səsləndirib. Çayçı ona deyib ki, belə söhbətlər burda eləmə…”.

Yusif Muradxanlının deməsinə görə, çayçı onu çayxanadan çıxardarkən insident baş verib: “Növbəti dəfə ora gedəndə çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb…”.

Ancaq verilən məlumata görə, çayçı məhkəmədə fərqli ifadə verib. O deyib ki, Ziya Əsədli telefonu onun başına vurub.

“Mən Ziyaya Əsədliyə həmişə deyirdim ki, ehtiyatlı ol. “Azadlıq” qəzetinin müxbirisən, “Turan TV” ilə əlaqən var. Bunu bilirlər. Sənə “torba” tikirlər…”, – deyə Mehdixanlı vurğulayıb.

Yusif Mehdixanlı bildirir ki, Ziya Əsədlinin bütün məhkəmə iclaslarında iştirak edib: “Mən çayçıya dedim ki, iş işdən keçib. Sən məhkəmədə barışıq elan elə, qoy onu həbs etməsinlər. Sözümə baxdı. Məhkəmədə dedi ki, uşaqları var, həm də 2-ci qrup əlildir, bağışlayıram onu”.

Yusif Muradxanlının deməsinə görə, məhkəmə bunu nəzərə almayıb: “Bizə dedilər ki, məhkəmə yüngül cəza verəcək. Siz buna siyasi rəng verməyin, ictimailəşdirməyin. Onun müdafiəsi düzgün təşkil olunmadı. Rayonda çatışmazlıqlarla, rüşvətxorluqla əlaqədar “Azadlıq” qəzetinə, “Turan TV”yə məlumatlar verirdi…”.

azadliq.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button