2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azadlıq”ın iddiası təmin olunmadı

Aprelin 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azadlıq qəzeti və Azadliq.info MMC-nin Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentininə qarşı isddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçən məhkəmə iddianın təmin edilməməsi ilə bağlı qərar verib.

Məhkəmənin yekunu barədə Azadlıq qəzetinin və azadliq.info MMC-nin nümayəndəsi Səməd Rəhimov məlumat verib.  Vəkil işin mahiyəti haqda ətraflı danışaraq deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Faiq Əmirli barəsində başlanmış cinayət işi ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsının vəsatəti əsasinda Baş Prokurorun müavini Rüstəmov Usubov  Nəsimi rayon məhkəməsinə təqdimat göndərib. Həmin təqdimatda göstərilib ki, Faiq Əmirlinin işi ilə əlaqədar vergi cinayəti elementlərinin araşdırılması üçün onun vəzifəli şəxs olduğu Azadlıq qəzeti və Azadliq.info MMC-nin vergi fəaliyyəti yoxlanılmalıdır. Nəsimi rayon məhkəməsi 18 noyabr 2016-cı il tarixində bu təqdimatı təmin edən qərar qəbul edib. Azadliq qəzeti və azadliq.info MMC-də 2010-cu il və 2016-cı illər ərzində vergi yoxlamalarının aparılması Vergilər Nazirliyinin müvafiq departamentinə tapşırılıb. Bakı şəhər Vergilər departamenti, hazırda həmin qurumun hüququ varisi olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti göstərilən müddət üçün vergi yoxlamasının keçirilməsi barədə qərar verib.

Azadlıq qəzeti və azadliq.info MMC həmin qərarın mübahisələndirməsi üçün Bakı İnzibati İqtisadi məhkəməsinə müraciət edib. Bu zaman Nəsimi rayon məhkəməsindəki icraat onlara məlum olub. Nəsimi rayon məhkəməsinin qərarından Azadlıq qəzeti və Azadliq.info MMC apellyasiya şikayəti verib. Bakı apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxladıqdan sonra Azadliq qəzeti və Azadliq.info MMC iddia tələbinin dəyişdirilməsi barədə İnzibati-İqtisadi Məhkəməyə müraciət etdi. Belə ki, yoxlamanın Azadlıq qəzetinə münasibətdə 2013-2016-cı illəri əhatə etməsini, Azadliq.info MMC-yə münasibətdə isə onun yarandığı 2015-ci ildən sonrakı dövrü əhatə etməklə aparılması tələbini qoyub. Əsaslandırma da ondan ibarət idi ki, Vergi Məcəlləsinin 36-cı maddəsinə görə səyyar vergi yoxlamaları fəaliyyətin son 3 ilini əhatə etməlidir. 6 illik yoxlama aparılması həm hüquqi müəyyənlik prinsipinə, həm də vergi qanunvericiliyinə ziddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu iddia tələbi ilə də razılaşmayaraq iddianı təmin etmədi.”

Müdafiəçi Səməd Rəhimov qərarı almadığı üçün əsaslandırmanın nədən ibarət olduğunu bilmr. Qərarı aldıqdan sonra Azadlıq qəzeti və Azadliq.info-nun səlahiyyətli şəxsləri ilə məsləhətləşmədən sonra müvafiq apellyasiya şikayəti verəcəklərini də deyib. “Əsaslandırmanın nədən ibarət olmasını bilməsək də, qərarın əsassız və qanunsuz olduğunu hesab edirik. Ona görə ki, Vergi Məcəlləsinin konkret tələbi var. Baxmayaraq ki,  ali bir qərarla 6 il yoxlama tələb olunur, hər bir halda vergi orqanı son üc ilin yoxlaması ilə məhdudlaşmalı idi”, – deyə Səməd Rəhimov bildirib.

[youtube https://www.youtube.com/watch?v=aH3eGlLcYtk?feature=oembed&w=500&h=281]

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button