Now Reading:
“Azadlıq”ın müxbiri “ZONA” köçürülüb

“Azadliq” qəzetinin bölgə müxbiri Ziya Əsədli Salyan rayonu ərazisindəki 5 saylı Cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə azadliq.info-ya məhbusun yaxınları məlumat verib.
Ziya Əsədli ötən ilin sentyabrında Biləsuvar rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan mərhum edilib. Şirvan apellyasiya məhkəməsi onun barəsindəki hökmü bu ilin yanvar ayının 9-da qüvvədə saxlayıb.

Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə həbs edilən jurnalist ittihamı qəbul etməyib. Həbsinin sifarişli olduğunu bildirib. Biləsuvar rayon Polis Şöbəsinin İB-nə təqdim etmək üçün Biləsuvar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndə Xammədov tərəfindən verilmiş arayışdan da görünür ki, onun həbsi jurnalist fəaliyyəti ilə əlaqəlidir.
Arayışın mətnini təqdim edirik. “Əsədli Ziya Əlirza oğlu Biləsuvar şəhər sakinidir. İki övladı var, ara-sıra ionika muqisi aləti ilə toylarda iştirak edir. Cəmiyyət arasında həmişə qarışıqlıq yaratmaq, onları düzgün olmayan yollara istiqamətləndirməyə çalışanlardandır. Özünü ictimaiyyət arasında normal insan kimi aparmır, savadsız, maddi çətinlikdə olan insanlarla daha tez ünsiyyət quraraq onlara köməklik edəcəyini vəd edərək, öz telefonu ilə çəkiliş apararaq, bəzi qərəzli mövqe tutan saytlarda işıqlandırır. Kimlərinsə məqsədlərinə xidmət edərək Respublikada və rayonda yüksək vəzifə sahibləri haqqında qərəzli fikirlər söyləyərək çəkilişlər aparır və daha çox qaraları görən, dövlətçiliyimizə daima xələl gətirməklə məşğul olan müxalifət yönümlü “Azərbaycan Saatı” verilişində paylaşır.
Əsədli Ziya Əlirza oğlu, cəmiyyət üçün yararsız bir insandır”.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.