2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AZADLIQların qapadılması!

Xaliq Bahadır

AZADLIQların qapadılması qanunsuzluqların, oğurluqların, bütünlükdə, antixalq siyasətlərinin gizlədilməsi üçündür!
ABŞ, Avropa Birliyi Əliyevlərdən Açıq Həkumət istəyirkən… onlar illərdən bəri girişdikləri geniş oğurluq, soyğunçuluq axarında yaratdıqları Qapalı Hökumət rejimini daha da sərtləşdirirlər.
Səbail rayon məhkəməsi Ailənin buyruğuna uyğun olaraq, Azdalıq saytlarını (Azadlıq qəzetinin, Azadlıq radiosunun, Azərbaycan saatının, Meydan TV-nin saytlarını) qapatmaq qərarı verdi. Beləliklə, Prezident İ.Əliyevin başladığı AZADLIQları qapatma prosesini birinci vitse prezident M.Əliyeva uğurla başa çatdırdı. Beləliklə də, Azərbaycanda söz özgürlüyü rəsmi olaraq yasaqlandı!
Biz Azadlıq qəzetini Sovet dönəmində yaratmışdıq. İstər Sovet dönəmində, istərsə də A.Mütəllibovun prezidentliyi dönəmində Azadlıq qəzeti çox da böyuk sorunlar-çətinliklərlə üzləşməmişdi. Sözsüz, çətinliklərimiz olmuşdu, ancaq, onları Əliyevlər dönəmindəki çətinliklərin yanında ötəri, çox yüngül, asanlıqla aşılan çətinliklər saymaq olar.
Bizim başlıca çətinliyimiz keçmiş KQB generalı H.Əliyevin hakimiyətə qayıdışından başladı. Hakimiyətə gələnədək OBYEKTİVLİYİNƏ görə Azadlıq qəzetini öyən H.Əliyev hakimiyətə yiyiələndikdən az sonra Azadlıq qəzetini düşmən gözündə görməyə başladı: qəzet obyektivlik – doğru-düzgünlük kursuna bağlı qaldığı üçün!
H.Əliyev senzurası Azadlıq qəzetinə böyük yaralar vurdu – qəzet parça-parça ağ yerlərlə, hərdən bütöv səhifələri ağ çıxmaqla işıq üzü gördü..
Oğul Əliyevin prezidentliyi dönəmi Azadlıq qəzeti üçün gerçək bir repressiya dönəmi oldu: mənəvi-psixoloji, siyasi-ekonomik, fiziki repressiya dönəmi!
Korrupsiya-repressiya rejimində gerçəyi yazan jurnalistlər, qəzetlər, saytlar üçün sonuc necə olursa, eləcə də oldu!
Biz gerçəyi yazan kimsələr olaraq YALAN rejiminə uduzduq, ancaq, hələlik…
Bu gün Azərbaycanın “çox böyük”, qabaqcıl dünyaya “örnək” “iqtisadi uğurlarından” danışan İ.Əliyev 2006-cı ildə demişdi: “İctimai nəzarət və azad cəmiyyət formalaşmasa, iqtisadi uğurlarımızın da gələcəyi olmayacaq”. “İctimai nəzarət” funkisiyasını yerinə yetirən qəzetlərin, saytların qapadılması, eləcə də yurddaş toplumu (“azad cəmiyyət”) qurumlarının darmadağın edilməsi faktı başqa bir faktın, sözügedən “iqtisadi uğurların” yoxluğu görsənişi deyilmi? Yalanı yeritməklə xalqı aldatmaq üçün gerçəklik GÜZGÜLƏRİNİ sındırmaq gərəyi yaranır!

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button