2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

AZAL 9 yeni “Boeing 787 Dreamliner” almağı planlaşdırır

Bakı/14.10.21 AZAL Dövlət Şirkəti yeni “Boeing 787 Dreamliner” təyyarələri almağı planlaşdırır. O bu barədə oktyabrın 14-də dövlət şirkəti rəhbəliyinin “Boeing Commercial Airplanes” şirkətinin Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrində vitse-prezidenti Monte Freyzer ilə danışıqları zamanı bildirib. Görüşdə həmçinin Boeing-in satış üzrə direktoru Volkan Eser də iştirak edib.

AZAL-ın mətbuat üçün məlumatında qeyd edildiyi kimi, həmsöhbətlər “Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı Dreamliner təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud “Boeing 757”, “Boeing 767” və “Airbus A340” təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.

Müvafiq təklif baxılmaq üçün Azərbaycan İnvestisiya Holdinqinə təqdim olunacaq. Hazırda AZAL iki “Boeing 787-8 Dreamliner” istismar edir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bir gün öncə AZAL 2030-cu ilə qədər 20 yeni “AirBus” təyyarəsinin alınacağı barədə planlarını açıqlayıb.—06D

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button