2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''AZAL'' futbol klubu fəaliyyətini dayandırdı

Saytların yığılması Saytlarin yigilmasi
AZAL PFK
AZAL PFK.

Bundan sonra klubun bazasından “Zirə” klubu istifadə edəcək

“AZAL” futbol klubu fəaliyyətini dayandırıb. Bu barədə klub rəsmi saytı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilib, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunub:

“Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, “AZAL” Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və belə bir qərara gəlinib ki, “AZAL” QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur.
“AZAL” Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaq”.

“Zirə” klubunun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu “Komanda.az”-a açıqlamasında deyib ki, AZAL (“Azərbaycan Hava Yolları” QSC) tərəfindən bu klubun bazası onlara verilib:

“Şüvəlandakı bazada hazırlıq keçməyimizə razılıq verilib. Amma bu, birdəfəlik yox, hələ ki, müvəqqətidir”.

“AZAL” Premyer Liqada ev oyunlarını Şüvəlandakı “AZAL Arena”da keçirirdi. Bundan sonra bu stadion artıq “Zirə” üçün xidmət göstərəcək.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button