24saat.org AZAL özəlləşdirilməlidir - Avropa İttifaqından təklif - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
AZAL özəlləşdirilməlidir – Avropa İttifaqından təklif

Avropa İttifaqı (Aİ) “Aviasiya sazişi” ilə bağlı təkliflərini Azərbaycana təqdim edib və hazırda hökumətin təkliflərini gözləyir.

Bunu “Report”a qurumdakı mənbə bildirib. Mənbənin məlumatına görə, təkliflər arasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin özəlləşdirilməsi ilə bağlı müddəalar da var:

“Bilirik ki, AZAL dövlət büdcəsinə daha çox vəsait gətirə bilər. Təklif etmişik ki, onu özəlləşməyə çıxarsınlar. Digər ölkələrin təcrübəsindən də yararlana bilərlər və biz həmin ölkələrin təcrübələrini də hökumətə təqdim etmişik. Təkliflərdə göstərmişik ki, AZAl bazar iqtisadiyyatına keçsə, burda neqativ heç nə yoxdur”.

Qeyd edək ki, hazırda AZAL-ın səhmlərinin 100% dövlətə məxsusdur. Bir müddət əvvəl Moldova öz milli aviadaşıyıcısını özəlləşməyə çıxarıb. Gürcüstanda isə bu bir neçə il qabaq baş verib və hazırda bu ölkənin milli aviaşirkətinin səhmlərinin 49%-i özəl sektora, 51%-i dövlətə məxsusdur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.