Now Reading:
AZAL turistlərin Antalyaya uçmağına mane olan qərar verib

AZAL turistlərin Antalyaya uçmağına mane olan qərar verib

Antalya müntəzəm aviareysi bərpa olunduqdan sonra biletlər orta hesabla 75,6% bahalaşıb.

Bu barədə “Aviakassa” onlayn agentliyinin hesabatına istinadən Rusiyanın turizm operatorları assosiasiyası məlumat yayıb.

Hesabat assosiasiyanın sifarişi ilə hazırlanıb. Türkiyəyə səfər etmək istəyən turistlərin sayı artdıqca, biletlərin qiyməti də bahalaşır. Məsələn, Moskva-Antalya aviareysinə biletin qiyməti orta hesabla 75,5% artıb. İyunun sonunda “Pegasus Airlines” aviaşirkəti ilə uçmaq istəyənlər (bir istiqamətdə) bileti 7,5 min rubla alırdısa, hazırda biletlər 30,7% bahalaşaraq 9,8 min rubl olub.

AZAL-ın biletləri isə 2,64 dəfə bahalaşaraq 13,5 min rubla çatıb. “Aeroflot” və “Turkish Airlines” aviaşirkətlərinin biletləri isə daha yüksək qiymətə tapılır. Belə ki, “Aeroflot”un xidmətlərindən yararlanaraq qeyd edilən istiqamət üzrə uçmaq istəyən 1 şəxs 21,4 min rubl, “Turkish Airlines”la uçmaq istəyən isə 48 min rubl xərcə düşəcək.

Sankt-Peterburqdan Antalyaya olan aviareyslərə biletlər isə orta hesabla 25% bahalaşıb.

Moskva-İstanbul aviareysinin biletlərinin qiyməti 39% artıb.

apa.az

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.