2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azatutyun: Ağdağda Azərbaycan, Ermənistan və Rusiya bayraqları var

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Sünik vilayətindən Ağdağın Azərbaycanın nəzarətinə keçməsinə dair rəsmən təsdiqlənməmiş məlumatların daxil olmasına baxmayaraq, AzadlıqRadiosunun kameraları həmin yüksəklikdə Ermənistan və Azərbaycanın bayraqları ilə yanaşı Rusiya bayrağının da olduğunu qeydə alıb.

Bununla belə, Azatutyun qeyd edir ki, həmin yüksəkliyə ən yaxın məntəqə olan Aqarakdan çəkilmiş videoda orada hərbçilərin olub-olmaması, habelə bayraqlar arasında nə qədər məsafənin olması bilinmir.

Ermənilərin Pela adlandırdıqları Ağdağ yüksəkliyinin 2 kilometrliyində yerləşən kəndin sakinləri Azatutyuna deyiblər ki, yüksəklikdə Azərbaycan mövqeləri hələ dekabr ayından görünüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Gəlib burnumuzun altında dayanıblar…”

Sakinlər bundan sonra hər hansı mövqe dəyişikliyinin olub-olmadığını bilmədiklərini deyiblər.

Amma sakinlər bunu da bildiriblər ki, bu aylar ərzində burada hər hansı insidentin şahidi olmayıblar.

Sakinlərdən biri deyib:

“Atəş səsləri olur. Atırlar, amma bizə yox. Hardan biləsən niyə atırlar”.

Başqa bir kənd sakini isə bildirib:

“Narahatlıq həmişə var. Gəlib burnumuzun altında dayanıblar. Təhlükəsizlik təminatı olsa, yaxşı olardı. Mən deyə bilmərəm ki, atəş səsləri eşitmişəm…Heç bir dəyişiklik olmayıb. Hər şey 25 dekabrdan bəri olduğu kimidir. Biz üç ay postda idik. Sonra bizi əvəz etdilər. Heç bir səs-səmir eşitməmişəm”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button