2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azay Quliyev: “Fransaya nota verilməlidir”

Milli Məclisin qış sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.

Publika.az xəbər verir ki, deputatlar cari məsələlərin müzakirəsi zamanı Fransa prezidenti Ollandın erməni diasporası ilə görüşü zamanı verdiyi bəyanatı sərt tənqid edib.

Millət vəkili Azay Quliyev bəyan edib ki, prezident Ollandın erməni diasporası ilə görüşü zamanı işlətdiyi fikirlər beynəlxalq hüquq prinsiplərinə ziddir:

Saytların yığılması Saytlarin yigilmasi

“Olland erməni diasporası ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair xalqların milli müqədaratının təyin edilməsinin əsas olduğunu deyib. Hesab edirəm ki, prezident Ollandın bu bəyanatı verməsi hakimiyyətinin sonuna iki ay qalmış ermənilərin könlünü almaq kimi qiymətləndirilməməlidir. Belə deyil. Fransanın mövqeyi daima erməniləri dəstəkləməklə bağlı olub. Bu qəbuledilməzdir”.

A.Quliyev daha sonra qeyd edib ki, bu gün işğal olunan Azərbaycan ərazilərinə ən çox səfər edən nümayəndələr Fransadan olur. Separatçı rejimlə ən çox əlaqələri də onlar qurur:

“Bu sözsüz ki, bizi narahat edir. Fransanın BMT-nin məlum qərarına hörmət etməməsi, Fransa prezidentinin bu bəyanatı cavabsız qalmamalıdır. Dipliomatik işlər görülməli, nota verilməlidir. Fransa prezidenti belə situasiyada prezidentlərin görüşünü təşkil edilməsinə dair bəyanat verir. Birtərəfli mövqe bildirdikdən sonra prezidentlərin görüşünü təşkil etməsi haqda danışır. Hesab edirəm ki, diplomatik xəttlə buna etiraz ifadə edilməlidir”.

Spiker Oqtay Əsədov isə Azay Quliyevin dediklərini anladığını bildirib:

“Fransa prezidentinin çıxışı tam mətndə verilməyib. Erməni mətbuatından götürülüb. Erməni mətbuatı da həmin çıxışın özünə maraqlı olan hissəsini verib. Mən Səməd Seyidova tapşırdım ki, bu məsələni araşdırsın. Səməd müəllim Ollandın çıxışının tam mətnini tapdı. Sizin fikirlərinizlə razıyam ki, onun çıxışlarında ərazi bütövlüyü ifadəsi işlədilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button