2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azər Qasımov ƏLİYEVALAR barədə yazılanları “BÖHTAN” adlandırdı

Azərbaycan prezidentinin qızları potensial “çirkli pulların yuyulması üçün əhəmiyyətli risk” daşıyan məxfi ofşor şirkət vasitəsilə Londonda 75.97 milyon dollarlıq (£60 milyon) “əmlak almağa razılıq veriblər”, Guardian qəzetinin yazdığına görə, Britaniyanın intizam tribunalında bəlli olub.

Ancaq Prezidentin mətbuat katibi Azər Qasımov BBC News Azərbaycancaya bildirib ki, İlham Əliyevin ailə üzvləri barədə gedən məlumatlar böhtandır.

“Böhtanla dolu məqalədir”, Azər Qasımov Guardian qəzetindəki yazı haqqında deyib.

Leyla və Arzu Əliyeva 2015-ci ildə 75.34 milyon dollara (£59.5 milyon) Knightsbridge məhəlləsində iki lüks mənzil almaq və sonra 3.80 milyon dollara (£3 milyon) onları birləşdirmək istəyiblər, Guardian qəzeti yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əliyeva bacılarının ev alma qərarı bu barədə əməliyyatı aparan vəkilin intizam tribunalında bəlli olub, qəzet yazır.

Londonda Child & Child hüquq firmasının baş tərəfdaşlarından olan vəkil ev alqısı əməliyyatları zamanı çirki pulların yuyulması yoxlamalarını aparmadığını və iş kodeksini pozduğunu etiraf edib, məqalədə deyilir.

İnzitam məhkəməsi vəkili 56978.32 dollar (£45000) və 50647.40 dollar (£40000) həcmində cərimələyib. O, 2016-cı ildə Panamanın Mossack Fonseca hüquq şirkətindən sızdırılmış 11,5 milyon sənədin jurnalist təhqiqatından sonra cərimələnən ilk britaniyalı peşəkardır.

Məhkəmədə nə deyilib?

Əliyeva bacılarının Child & Child firması ilə əlaqələri başladıqdan sonra, onların vəkili Britaniyanın Virgin adalarında onlar üçün Mossack Fonseca-dan alınmış Exaltation Ltd. adlı şirkət qurub. Məqsəd “Britaniyada əmlak idarəsi olub”, qəzet yazır.

Leyla və Arzu Əliyevalar siyasi üzdə olan şəxslər – PEP sayılmalı idilər. Bu statusa sahib olan şəxslər barədə Britaniyada təfərrüatlı bank yoxlamaları aparılır.

Lakin intizam məhkəməsində məlum olub ki, Əliyeva bacılarının siyasi üzdə olan şəxslər olması barədə məlumat ortaya çıxarılmayıb.

Satın alınması düşünülən lüks evlərdən Buckingham Sarayının bağı görünür.

“İftira, yalan, böhtan”

“Yalnız bir şey deyə bilərəm ki, The Guardian qəzetində prezidentin ailə üzvləri ilə bağlı gedən məlumatlar tam iftira, yalan, böhtan xarakteri daşıyan yazılardır” , prezidentin mətbuat katibi Azər Qasımov BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, “əvvəllər də bu cür yazılar gedib, amma öz təsdiqini tapmayıb və Azərbaycana qarşı bu cür yazılar təxribat, böhtan və qarayaxma kampaniyasından başqa heç bir şey deyil”.

Azər Qasımov əlavə edib ki, bu, “Azərbaycanın qonşuları ilə münasibətlərinin gücləndiyi bir şəraitdə təzyiqdən başqa bir şey deyil”.

A. Qasımov bundan əlavə heç bir şərh verməyəcəyini deyib.

Pul ödənilib, amma…

Müqavilə hazırlandıqdan sonra Əliyeva bacıları məbləği hissə-hissə ödəməyə başlayıb və 12.66 milyon dollardan (£10 milyon) çox ödəniş edib.

Lakin 2016-cı ildə onların mülkiyyətçiliyi aşkara çıxdıqdan sonra anlaşma başa çatdırılmayıb.

Sharif-in vəkili Nicholas Bacon deyib ki, o, səhvlərini etiraf edib.

Bu yaxınlarda Britaniyada azərbaycanlı digər zəngin bir qadın haqqında məhkəmə keçirilib. Hazırda həbsdə olan, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva son 10 ildə Azərbaycandan gətirdiyi 35 bank kartından 21 milyon dollar məbləğində pul xərcləməkdə ittiham olunub.

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button