Now Reading:
“Azercell” ili 19 mln. manat zərərlə bitirib

“Azercell” ili 19 mln. manat zərərlə bitirib

“Azercell Telecom” MMC mobil operatoru ili zərərlə bitirib.

Bu barədə mobil operatorun 1 yanvar 2018-ci il tarixina olan hesabatında xəbər verilir.

Hesabata görə, 2016-cı il ilə meqayisdə 2017 ci ilin 4 rübünü 18,6 mln. daha çox ümumi gəlir əldə etsə də xərclərini qarşılaya bilməyib. Belə ki, “Azercell” ötən ili 19,4 mln. manat zərərlə bitirib.

Məlumat üçün bildirək ki, mobil operator 2016-ci ili 81,43 mln. manat xalis mənfəətlə başa vurmuşdu.

“Azercell”in ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 5,2 mln manat kiçilərək 916,35 mln. manat təşkil edib.

Hazırda cəmi kapitalı 828,74 mln. manat həcmindədir.

24saat.org

Mənbə – azadliq.info

QR:  <?php the_title(); ?>

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.