2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“AZERCELL”İN FIRILDAĞI MƏHKƏMƏ QƏRARI İLƏ TƏSDİQLƏNDİ

“Azercell”in SMS vasitəsilə keçridiyi yarışmadakı fırıldaq  vətəndaşların bir neçə min manat ziyana düşməsi ilə nəticələnib.

Az24.org saytı xəbər verir ki, Sumqayıt şəhər sakinləri Əsgər Cahangirov və Azər Rzayevin fırıldaq qurbanı olması məhkəmə qərarı ilə təsdiq edilib. Yarışmanı SMS vasitəsilə “Azercell” keçirsə də, yarışmada xaricdə səyahət paketi udan vətəndaşlara paketini təqdim emək vəzifəsini partyoru olduğu deyiyi şirkətin üzərinə atıb. Bununla da “Azercell” məsiliyyətdən yayınmaq məqsədi güdüb.Belə ki,  SMS vasitəsilə pulsuz tur-pake qazanan Əsgər Cahangirov “Azercell”in Bakı şəhəri Rəşid Behbudov küçəsində yerləşən ofisinə dəvət edilib. Burada ona bildirilib ki, turizm paketi “Azercell”in parnyor şirkəti olan “Motion Vacation Club” turizm firması tərəfindən təqdim ediləcək. Sözügedən turizm firması isə ona bir neçə yer təklif edib. Ə.Cahangirov  Şimali Kipr Türk Respublikasını seçib. Üstəlik, dostu Asəfə də eyni pakei pulla almağı təklif edib ki, ailələr birlikdə istirahət esinlər. Şirkət onları Kiprdə 5 ulduzlu lüks otelə aparmağa söz versə də, onları ucqar bir ərazidə ümumiyyətlə ulduzu olmayan adi bir pansionatı gösəriblər. Dərhal turizm şirkəti ilə əlaqə saxladıqda isə onlara bildiriblər ki, səs-küy salmayın, öz hesablarına istədikləri oteldə qalsınlar, qayıtdıqdan sonra bütün xərc  firma tərəfindən onlara ödəyəcək. Ancaq Azərbaycana qayıtdıqdan sonra verilən vədə əməl edilməyib və iş məhkəməyə qədər gedib çıxıb. Baş verənləri Ə.Cahangirov belə nəql edir:

“2016-cı ilin iyul ayında Azercell mobil nömrəmə gələn SMS-də xarici ölkəyə səyahət paketi udmağım barədə SMS daxil oldu. “Azercell”ə gedikdən sonra səyahət  paketinini əldə etmək üçün “Motion Vacation Club” şirkətinə yönləndirdilər.  Həmin şirkətdən də bildirirlər ki, 1 ay qabaqdan qeydiyyat keçməliyik və ailəmizlə birlikdə səyahət paketini əldə edəcəyik. Səyahət paketi ilə Şimali Kipir Türk Respublikasına getməyimiz nəzərdə tutulmuşdu. Pakein mənim üçün tam pulsuz olduğu bildirildi. Mən də dostum Azər Rzayevə təklif etdim ki, eyni paketi pylla alsın, birlikdə səyahət edək. O da mənimlə razılaşaraq getməyi qərara aldı”.

Bundan sonra hər iki şəxs turizm şirkətinin yerləşdiyi ünvana gedərək, səyahət paketi barədə əlavə məlumat alıb. “Qalacağımız məkanın fotoşəkilləri də bizə gösərildi. 5 ulduzlu olduğu deyilən həmin məkan gözəl, füsünkar göründüyündən və istirahət etmək üçün bizə münasib olduğundan təkliflə razılaşdıq.Özümüzün və ailə üzvləriminzin pasportlarını cavbdehə təqdim etdik, bizə uçuş biletlərimizin elekton  variantını təqdim etdilər. Biz də şirkətə bile və yemək pulunu ödədik. Sevincək Şimali Kipir Türk Respublikasına səyahətə yollandıq. Hava limanında bizi qarşıladılar və qalacağımız məkana yola düşdük. Məkana çatdıqda gözlərimizə inanmayaraq, həmin yerin bizə şirkət tərəfindən gösrərilən məkan olmadığını bildirdik. Bizi apardıqları yer isə quraq səhraya bənzər yerdə tikilmiş şəraitsiz bir məkan idi. Dərhal bizi qarşılayan bələdçimizə etirazımızı bildirərək məsələni şirkətlə müzkirə etməyi tələb etdik. Şirkətlə telefon əlaqəsi yaratdıqdan sonra bildirdilər ki, siz başqa bir oteldə qalın, geri döndükdə biz sizin pulunuzu özünüzə geri qaytararıq. Buna görə də biz məcbur olaraq bundan sonra Şimal Kipir Türk Respublikasında yerləşən otellərdən birində, daha dəqiq desək, “Elexus” oteldə xeyli miqdarda pul xərcəlyərək qalmalı olduq”

Saytların yığılması Saytlarin yigilmasi

Şikayətçilər ölkəyə qayıtdıqdan sonra cavabdeh sirkətə müraciət edərək, aldadılmaları nəticəsində vurulan ziyanın ödənməsini isəyiblər. Bunun üçün isə bilet alınması, oteldə qalmaq və yemək xərcləri ilə bağlı ödənişləri təsdiq edən qəbzlıri də təqdim ediblər. Ancaq şirkət rəsmiləri bundan imtina edib və onlara 1000 manat ödəyə biləcəyini, qalan məbləği isə hissə-hissə verəcəklərini deyiblər. Fırıldaq qurbanları isə bununla razılaşmayıb: “Təkliflər razılaşmayanda şirkətdən dedilər ki, get hara istəyirsən, şikayət et, pulunuzu qaytarmırıq. Biz də əvvəlcə Yasamal Rayon Polis İdarəsiin 26-cı polis bölməsinə müraciət edik. Polisdə bildirdilər ki, mülki məsələ olduğu üçün məhkəməyə mülki iddia verilməlidir”.

Bundan sonra hər iki şəxs Yasamal rayon məhkəməsində iddia qaldıraraq, maddi ziyana görə 5760 manat, mənəvi ziyana görə isə 5000 manat məbləğində şirkətdən pul tutulmasını xahiş edib.

Məhkəmənin gedişatında şirkət onlara dəymiş ziyanın qarşılığında 1000 manat ödəməyi əklif edib, iddiaçılar isə tam məbləği tələb ediklərindən, razılaşmayıblar.

Məhkəmə 06.12.2016-cı ildə iddianın maddi təzminat hissəsini tam, mənəvi təzminat hissəsini isə qismən təmin edib. Məhkəmənin qətnaməsinə görə, “Motion Vacation Club” maddi ziyana görə 5760 manat, mənəvi zərərə görə isə 1500 manat və iddia üçün ödənilmiş dövlət rüsumu 20.10 manat olmaqla ümumilikdə cavabdehlərə 7280.10 mana ödəməlidir.

Qətnamə icra olunması üçün Ədliyyə naziriyinin Yasamal rayon icra şöbəsinə göndərilib. Yasamal rayon icra şöbəsi isə iddiaçılara məktub yazaraq bildirib ki, borclu “Motion Vacation Club” qətnamədə göstərilən Yasamal rayon, Altes Plaza, Qurtqaşınlı küçəsi 507-511 B ünvanında fəaliyyət göstərmədiyi müəyyən edilib. Məktubda qeyd edilir ki, Vergilər Nazirliyinə verilmiş sorğuya əsasən müəyyən olunub ki, “Motion Vacation Club”un hüquqi ünvanı Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 60, mənzil 89 müəyyən edildiyinə görə, qətnamə icra olunmaq üçün Nəsimi rayon icra şöbəsinə göndərilib.

Şikayətçilər bildirirlər ki, Ədliyyə naziriyinin Yasamal rayon icra şöbəsi isə həmin vaxtdan bəri “bu gün-sabah” deməklə qətnamənin icrasını təmin etmirlər.

Şikayətçilır hesab edirlər ki, rastlaşdıqları fırıldaq oyununda “Azercell”in də payı var. Ona görə də bu şirkət barəsində də aidiyaytı qurumlara və məhkəməyə müraciət edirlər.

“Azercell”lə bağlı bu tip hallarla qarşılaşan şəxslər redaksiyamızla əlaqə saxlayaraq, məlumat verə bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button