2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘AzerGold’ birjaya 20 milyonluq qızıl çıxarıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 16.1 min unsiya qızıl və 23.7 min unsiya gümüşü beynəlxalq birjaya çıxarıb. Şirkətinin satışdan təqribən 20 milyon dollar vəsait əldə etməsi gözlənilir.

Bu haqda “AzərGold”un mətbuat xidməti bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda deyilir ki, ilk qızıl və gümüş tərkibli külçələrin ixracı bu yaxınlarda həyata keçirilib. Metalları İsveçrənin “Argor-Heraus” şirkəti saflaşdırıb.

“AzerGold” QSC ilin sonuna kimi ümumilikdə 160 min unsiya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) qiymətli metal satışını reallaşdırmağı planlaşdırır.

İndiki qiymətlərlə bu, 85 milyon dollar təşkil edir.

“AzerGold” QSC 2015-ci ilin fevralında təsis edilib.

«AzerGold» QSC yaradılarkən elan edilmişdi ki, bu qurumun əsas fəaliyyət istiqaməti faydalı qazıntı ehtiyatları ilə bağlı olacaq. Cəmiyyət bu sahədə metal filizi yataqlarını öyrənəcək, tədqiq edəcək, kəşfiyyat aparacaq, işləyəcək və idarə edəcək.

Cəmiyyəti İqtisadiyyat Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası idarə edir.

Azərbaycanda əlvan metallar əsasən Gədəbəy və Naxçıvan Muxtar Respublikasında istismar edilir. Belə yataqların Kəlbəcər rayonunda da olduğu bildirilir. Ancaq Ermənistan silahlı bölmələri 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunu işğal etdiyindən, Azərbaycan həmin yataqları istismar edə bilmir.

2017-ci ilin yanvar ayının 1-ə olan göstəricilərə görə, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Bu haqda Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikada bildirilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button