2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azırbaycanda balıq tutan şəxsi “tok” vurdu

Astara rayon sakinini elektrik enerjisi vurub.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonunun Şiyəkəran kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 49 yaşlı Rahim Baladadaş oğlu İmanov yüksək gərginlikli elektrik xəttinin cərəyan vurması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, həkimlərin ilkin müayinəsindən sonra ona bütün bədənin 2-3-cü dərəcəli elektrik yanığı diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib: “Vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilməsi üçün hazırlıq görülür”.

Saytların yığılması Saytlarin yigilmasi

Qohumları R.İmanovun ehtiyatsızlıq üzündən cərəyan vurduğunu bildirib: “Onların ailəsinə məxsus balıq nohuru var. Həmin nohurda elektrik enerjisi ilə balıq ovlayan zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub”.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button