2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azəriqaz” Müsavat başqanına da cərimə yazdı

“Vəkillərlə məsləhətləşəndən sonra müvafiq addımlar atılacaq”

Müsavat Partiyasının başqanı Arif Hacılı mavi yanacaqla bağlı problemlə üzləşin. Bu barədə Meydan TV-yə danışan Arif Hacılı deyib ki, noyabrın 16-da qaz kartına 50 manat yükləyib, sayğaca köçürəndə isə 35 manat göstərib:

“Halbuki, bu il hələ 90 manatlıq qaz işlətmişəm. Kubmetri 10 qəpikdən hələ 80 manatlıq limitim var. Dostlardan səbəbini maraqlanıram, məlum olur ki, bu fırıldaq ölkə üzrə geniş yayılıb”.

A.Hacılı qarşılaşdığı vəziyyətlə əlaqədar “Azəriqaz”ın qaynar xəttinə zəng edib:

Saytların yığılması Saytlarin yigilmasi

“104- ə zəng vururam ki, vəziyyəti onlara anladım. Yaxşı musiqi səsi gəlir, hər 5 dəqiqədən bir də xanım səsi “operatorlar məşğul olduğu üçün xətdə gözləyin” deyir, cavab yoxdur”.

O, bildirib ki, vəkilləri ilə məsləhətləşəndən sonra müvafiq addımlar atacaq.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev isə Meydan TV-yə deyib ki, Arif Hacılı Asan-Kommunal Mərkəzinə müraciət edib baza məlumatları əsasında hər şeyi müəyyən edə bilər:

“Asan-Kommunal Mərkəzdə hər bir abonentin baza məlumatları var. O zaman Arif Hacılı nə qədər ödəniş etdiyini, fərqin hansı səbəbdən yarandığını, yaxud bəlkə limiti keçib, bütün hallarda mərkəzə müraciət edib aydınlaşdıra bilər”.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button