2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Aztelekom” bildirir ki, Gəncədə inhisarçı deyil

Bakı/09.12.21 Turan dəfələrlə inhisarçılıq və bunun Azərbaycan iqtisadiyyatı üçün dağıdıcı nəticələri barədə məqalələr dərc edib. Rabitə sahəsində dövlət inhisarçısı “Aztelekom” məhdud məsuliyyətli cəmiyyət və onun törəmə strukturlarıdır. Gəncədə “Aztelekom” şəhərin bəzi rayonlarında digər analoji şirkətlər arasında diqtəedici mövqe tutur,  digərlərində isə mütləq inhisarçıdır.

Fərdi sahibkar Orxan İsmayılov “Aztelekom” və onun törəmə şirkəti – Gəncə TKİ (telekommunikasiya idarəsin) telekommunikasiya operatorunu məhkəməyə verib. Bu şirkət özəl provayderləri 1-2 mərtəbəli evlərdən ibarət şəhər məhəllələrindən sıxışdırıb çıxararaq köhnə ADSL-texnologiya vasitəsilə İnternetin verilməsində inhisarçıya çevrilib. Sakinlər aşağı keyfiyyətli xidmətə yüksək qiymət ödəmək məcburiyyətində qalıblar. İsmayılov öz iddiasında Gəncə Nizami Rayon Məhkəməsindən sahibkarın yaşadığı rayonda ən yaxşı İnternet- provayderi seçmək hüququnu təmin etməsini tələb edib. Həmçinin İsmayılov Gəncədə TKİ-nin inhisarçılıq fəaliyyətinə son qoyulmasını tələb edib. Bu ilin noyabrında məhkəmə İsmayılovun iddiasını təmin etməkdən imtina edib.

Turan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yazılı müraciət edərək Gəncədə “Aztelekom” məhdud məsuliyyətli cəmiyyətin və Gəncə TKİ-nin monopoliya işinin qanuniliyinin izah olunmasını xahiş edib. Nazirlikdən bildirilib ki, “Aztelekom” bu şəhərdə inhisarçılıq yaratmır, Gəncədə abunəçilər isə şəhərdə olan provayderi sərbəst şəkildə seçə bilərlər. Rəsmi cavab nazirliyin aparat rəhbəri Bəxtiyar Məmmədov tərəfindən imzalanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin cavabı ilə tanış olan Orxan İsmayılov Turan-a bildirib ki, agentliyin aldığı cavab şablon cavabdır,  sahibkarın müxtəlif qurumlardan topladığı cavabların çoxundan fərqlənmir. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mövqeyinin Gəncədə telekommunikasiya xidmətləri bazarındakı reallığa uyğun olmadığını hesab edir. İsmayılov bir daha bildirir ki, Gəncədə təkcə ADSL şəbəkəsilə təchiz edilmiş həyət evlərində “Aztelekom”dan başqa provayder yoxdur.

“Əgər Gəncədə həyət evlərində, ADSL şəbəkələrində “Aztelekom”dan başqa provayder şirkəti varsa, mən öz tələblərimdən imtina edəcəyəm. Mən Gəncə şəhəri Nizami məhkəməsinin ədalətsiz qərarından apellyasiya şikayəti vermişəm”, – Orxan İsmayılov Turan-a bildirib.—0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button