AZTV-də yoxlamalar başladı: Alışanovun həbsi yaxınlaşır - 24 saat xəbərlər
Now Reading:
AZTV-də yoxlamalar başladı: Alışanovun həbsi yaxınlaşır
Full Article 3 minutes read

AZTV-də yoxlamalar başladı: Alışanovun həbsi yaxınlaşır

AZTV

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.

Hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması ilə təmizləmələrə başlayıb. Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifəsindən azad olunublar. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb. Televiziyanın maliyyə idarəsinə yeni rəhbər təyin olunub. Əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan Şahrza Əliyev bundan əvvəl uzun illər bir çox qurumlarda maliyyə strukturlarını idarə edib. Əldə olunan məlumata görə, Ş.Əliyev fəaliyyəti ilə bağlı qalmaqallar ilə yadda qalıb.

Kadr islahatına daxil olan digər məsələ “Xəbərlər” İnformasiya redaksiyası ilə bağlıdır.

Burada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar artıq işdən azad olunublar. Bundan başqa, qurumun bir neçə ölkədən təmsilçiləri də işdən çıxarılaraq geri çağırılıb ki, bu və digər kadr islahatları ilə bağlı yaxın zamanlarda məlumat veriləcək.

Rövşən Məmmədov AzTV-nin Böyük Britaniya və Yaponiya bürolarının bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə də qərar qəbul edilib. Bundan başqa, QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhfil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətilərində yol verdikləri ciddi nöqsanlardır.

İslahatlarla bağlı faktları AzTv-dən Report-a təsdiqləyiblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub.

Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

Sərəncam imzalanan gün Arif Alışanovun həbs olunacağlı barədə
24saat.org-a məlumat daxil olmuşdu.

Məlumatda deyilirdi ki, bir müddət öncə Arif Alışanova sui-qəsd ittihamı ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən, bir çox məqamlar ortaya çıxmışdı.

Belə ki, Arif Alışanovun, Şamaxı, Kürdəmi və müxtəlif tayonlarda dəyəri milyonlarla ölçülən torpaq sahələri və əmlaklar alması cinayət işi materialalrında təsdiq olunub. Həmçinin təqsirləndirilən Şücaət Əkbərov bildirmişdi ki, Arif Alışanov Şamaxıya gəzdiyi qızla gəlib və onu dağdan çaya ataraq öldürüb. Bu məsələnin araşdırılmaması hətta Milli Məclisdə deputatlar səviyyəsində səsləndirilmişdi.

Həmin vaxt AzTV sədri olan Arif Alışanov bu məsələlərlə bağlı məsuliyyətdən yaxasını qurtarmağa nail olmuşdu.

Artıq onun həm milyonlarla torpaq sahəsinin alındığı vəsaitlərin hansı yolla əldə olunması, həm də qız ölümü ilə bağlı bağlı məsələnin araşdırıldığı bildirilir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə hökm oxunub. .

Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

A. Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurdular.

Input your search keywords and press Enter.