Loading...
Loading...
Gündəm

AzTV sədri yol hərəkəti qaydalarını belə pozdu…

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun istifadəsində olan 10-AA-400 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil şəhərin mərkəzində yol hərəkəti qaydalarını pozub.

Bu barədə Editor.az məlumat yayıb.

Bildirilir ki, AzTV sədrinə məxsus nəqliyyat vasitəsinin sürücüsü Səbail rayonu ərazisində, Dövlət Kukla Teatrının önündə qadağan olunmuş ərazidə avtomobili saxlayaraq, avtobusların dayanacağını zəbt edib: “Sürücüsü qaydaları pozaraq avtomobili nümayişkəranə şəkildə qadağan edilmiş ərazidə saxlayarkən AZTV sədri Rövşən Məmmədov da maşının içində olub. Hətta sürücü avtomobili yolun ortasında saxlayıb sədr Rövşən Məmmədovu mühafizə edirmiş kimi Dənizkənarı Bulvara doğru bir xeyli müşayət edib”.

Məlumata görə, avtomobilin avtobusların dayancağını zəbt etməsi digər sürücülər və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsindən münasibət öyrənmək mümkün olmayıb. 

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button