2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

AzTV sədrinin torpaq alverinə ETİRAZ

“Vəzifəli şəxslərin köməyi sayəsində AzTV sədri Arif Alışanov Quba rayonu Çartəpə kəndinin 70-dən çox sakininin torpaq sahəsini su qiymətinə ələ keçirib. Əkin-biçinə yararlı sahələrin əldən çıxması adamlarımızı çıxılmaz vəziyyətə salıb. Biz həyat və yaşamaq üçün əsas mənbə olan torpaqlarımızdan məhrum edilmişik” – bu sözləri adı çəkilən kəndin sakini H.Kərimov saytımıza bildirib.

O deyib ki, bir neçə ay əvvəl bu qanunsuz torpaq alış-verişi ilə bağlı polis orqanlarında istintaq başlansa da, bizi sorğu-suala çəkib əraziləri A.Alışanovun aldığını dəqiqləşdirsələr də, yaxşılığa doğru heç bir nəticə olmayıb. AzTV sədri qohum-əqrəbasının adına keçirtdiyi torpaqlarımızı yenə də öz ixtiyarında saxlayır.

Məlumatı dəqiqləşdirmək üçün zəng etdiyimiz Çartəpə kənd bələdiyyəsinin nümayəndəsi sədr A.Alışanovun ərazidə xeyli torpaq sahəsi alması faktını təsdiqləsə də, hər hansı əlavə izah və ya məlumat verməkdən imtina etdi.

Saytların yığılması Saytlarin yigilmasi

Quba rayon Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindəki mənbə də AzTV sədrinin adı çəkilən kənd ərazisində hektarlarla torpaq sahəsinə sahib oduğunu və bununla bağlı ciddi narazılıqlar olduğunu təsdiqləyib. Mənbə bildirib ki, bu torpaqların 8,5 hektarı sədrin qardaşı Habil Alışanovun, 16,2 hektarı qızı Aynur Alışanovanın, 4,9 hektarı sürücü Hacı Babayevin və başqa şəxslərin adınadır.

Aldığımız məlumata görə, AzTV sədrinin Bakı ərazisindən başqa, Xaçmaz, Xızı, Şamaxı, Gəncə, Goranboy, Zərdab və Sabirabad da hektarlarla torpaq sahəsi vardır.

Mövzunu ətraflı araşdırmağa çalışacağıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button