2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

AzTV sədrinə sui-qəsd cəhdinə görə ümumilikdə 57 il cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

24saat.org xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, Şücayət Əkbərovun 18 il, Qocalə Cəbiyevin 16 il, Zöhrab Şirinovun 17 il, Aqşin Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Ş.Əkbərovun, keçmiş həyat yoldaşının və qızının adına olan bir sıra əmlakların üzərinə həbs qoyulub. Prokuror həmin əmlakların müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.
Zərərçəkən Dəyanət Cəfərovun cəza tələbi ilə razı olduğunu, Aqşin Hüseynovun səmimi peşmançııığının nəzərə alınaraq daha aşağı cəza verilməsini istəyib. Digər zərərçəkmiş Hacı Babayev də prokurorun istədiyi cəza ilə razı olduğunu bildirib.

Daha sonra Arif Alışanovun nümayəndəsi, vəkil Zaur Həsənov çıxış edib. O da cəzalarla razı olduğunu, Aqşinə isə daha az cəza verilməsini xahiş edib: “təqsirləndirilən şəxslərin üçü peşman deyillər. Alışanovun ünvanına nalayiq ifadələr səsləndiriblər. Alışanov onlardan şikayətçidir. Ona görə prokurorun istədiyi cəza ilə razılaşırıq.
Alışanovun Aqşinə qarşı şikayəti yoxdur. Ona daha yüngül cəza verilməsini istəyirik”.
Proses 13 iyulda davam edəcək.İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq istəsələr də, bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabil Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında çap yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.
Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etməyiblər.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button