Now Reading:
AzTV yanğında ölənləri gizlədir – FOTOFAKT

Dövlət büdcəsindən maliyyələşən telekanal ölkə başçısının nəzarətində olan hadisə ilə bağlı informasiyanı ictimaiyyətdən gizlətmək istəyir

Dövlət büdcəsindən maliyyələşən AzTV kanalı bu gün səhər saatlarında Bakıda baş verən dəhşətli yanğınla bağlı xəbəri təhrif edilmiş şəkildə çatdırıb. 24saat.org xəbər verir ki, hadisə ilə bağlı Səhiyyə Naziriyinin rəsmi məlumatını saytına yerləşdirən AzTV məlumatda ölənlərlə bağlı hissəni “qayçılayıb”. Belə ki, Səhiyyə Nazirliyinin məlumatının sonunda “Həyata keçirilmiş bütün zəruri tədbirlərə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb” abzasını ixtisara salan AzTV hadisədə ölənlərin olduğu barədə informasiyanı ictimaiyyətdən gizlətməyə cəhd edib.

AZTV məlumatın aşağıdakı şəkildə sayta yerləşdirib:

“Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqadar hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib. Xəstəxanada müalicə alan və tibbi heyətdən ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın baş verən korpusda 55 nəfərin olduğu müəyyənləşdirilib. Onların əksəriyyəti vaxtında təxliyə olunub. Təxliyə edilən şəxslərə hazırda lazımi tibbi və psixoloji yardım göstərilir”.

24saat.org xatırladır ki, dəhşətli yanğın hadisəsi bu gün səhər saatlarında Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verib. Hadisə yerinə müvafiq qurumların yüksək vəzifəli şəxsləri və prezident İlham Əliyev gedib və hadisənin ölkə başçısının nəzarətində olması barədə rəsmi məlumat yayılıb. Artıq hadisə ilə bağlı cinayət işi başlanılıv və müvafiq araşdırmalar aparılır.
Qeyd edək ki, ölənlərin sayı 25-ə çatıb.

Günel Məmmədova
Az24.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.