İqtisadiyyat
Azərbaycanlılar Qətərə də vizasız səfər edə biləcək
Oktyabrın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin əbdülrəhman əl-Tani ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib.
Sənədi Azərbaycan və Qətərin Xarici İşlər nazirliklərinin rəhbərləri imzalayıblar.