2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bələdiyyə sədrinin oğlu hərbi xidmətdən yayınmaqda ittiham edilir

Avtoxuliqanlıq etdiyi deyilən 19 yaşlı gəncin hərbi hissəni özbaşına tərk etdiyi məlum olub

Bir ay öncə mediada Şamaxı sakini, Laçın rayonunda hərbi xidmətdə olmalı Əziz Məlikovun Bakıda avtoxuliqanlıq etməsi haqda məlumat yayılmışdı. İyunun 22-də Hərbi Prokurorluq Əziz Məlikovun həbsi barədə məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Prokurorluqdan Meydan TV-yə verilən məlumatda bildirilir ki, 19 yaşlı Əziz Məlikova qarşı Cinayət Məcəlləsinin 333.2 (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerini özbaşına tərk etməsi, üzrlü səbəb olmadan hərbi xidmət yerinə vaxtında gəlməməsi – 10 gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə), 335.2 (hərbi qulluqçunun öz sağlamlığına zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və s. aldatma yoluyla hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması) və başqa maddələrlə ittiham irəli sürülüb. Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Həbs qərarı Bakı Hərbi Məhkəməsində verilib. Araşdırmalar Hərbi Prokurorluğun İstintaq İdarasində aparılır.

Həbs olunan əsgərin atası Soltanpaşa Məlikov Şamaxı rayonunun Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, 2018-ci ilin dekabrında prezidentin sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Əziz Məlikov özü də “TikTok” platformasında yaydığı videolarla məşhurdur.

Bir ay öncə Dövlət Yol Polisinin yaydığı məlumatda deyilirdi ki, Bakının Nəsimi rayonu, Cavadxan küçəsində “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü əl əyləcindən istifadə etməklə avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq, avtoxuliqanlıq edib. Həmin vaxt ona “Saxla” əmri verilsə də, dayanmayıb. Bir neçə gün davam edən araşdırmadan sonra sözügedən sürücünün Əziz Məlikov olduğu və hərbi hissədə xidmət keçdiyi məlum olub.

O zaman Müdafiə Nazirliyi əsgərin hərbi hissəni özbaşına tərk etdiyi haqda açıqlama vermişdi.

Əziz Məlikovun avtoxuliqanlıq etməsi haqda məlumatlar yayılandan sonra atası Soltanpaşa Məlikov mediaya açıqlamasında oğlunun bir qrup şəxs tərəfindən şantaj edildiyini, hətta onun həyatına görə narahat olduqlarını bildirmişdi. Onun sözlərinə görə, həmin dəstənin üzvləri oğlunu hələ orta məktəbdə oxuduğu dövrdə “online kazino”ya cəlb edərək, ondan mütəmadi pul tələb edirlər. Deyir ki, həmin şəxslərin Əzizi qətlə yetirəcəklərindən ehtiyatlanaraq, bu müddətdə hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Soltanpaşa Məlikov vurğulayıb ki, son avtoxuliqanlıq hadisəsi də sözügedən dəstənin təhriki nəticəsində baş verib. Onlar müxtəlif şantaj videoları çəkib, bir sıra yerlərə göndəriblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button