Dünya

Bəşər Əsəd İrana mühacirətdən imtina etdi

Suriya prezidenti Bəşər Əsəd öz ailəsini İrana göndərməkdən imtina edib. Virtualaz.org Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Livanın “Al-Mayadin” telekanalı məlumat verib.

Telekanalın məlumatına əsasən, belə bir təkliflə iranlı general Qasım Süleymani çıxış edib.

Generalın sözlərinə görə, Suriya prezidentinin ailəsi daha təhlükəsiz yerdə olduğu halda, o ölkəsini daha rahat idarə edə bilər.

Rəsmi Dəməşq məsələyə hələlik münasibət bildirməyib.

Xatırladaq ki, bundan öncə B.Əsəd dəfələrlə bildirib ki, ölkəsini tərk etmək niyyəytində deyil.

Back to top button