Now Reading:
Bəşər Əsədin arvadı Britaniya pasportundan məhrum ola bilər

Bəşər Əsədin arvadı Britaniya pasportundan məhrum ola bilər

“The Guardian” yazır ki, Britaniyanın daxili işlər nazirinə Suriya prezidentinin arvadı Əsma Əsədin Britaniya vətəndaşlığından məhrum olunması məqsədilə çağırışlar edilib.
Buna səbəb Suriya birinci ledisinin sosial mediada Dəməşq rejimini müdafiə edən postlar yazması olub.
Müxalif Liberal Demokrat Partiyasının xarici işlər sözçüsü Tom Brake daxili işlər naziri Amber Rudd-u öz səlahiyyətlərindən istifadə edərək Əsma Əsədi vətəndaşlıqdan məhrum etməyə çağırıb.
Brake deyib ki, Suriyanın birinci ledisi fərdi şəxs kimi yox, Suriya prezidentinin sözçüsü kimi çıxışlar edir.
“Boris Johnson başqa ölkələri Suriya barədə tədbirlər görməyə çağırıb və Britaniya hökuməti Əsma Əsədə deyə bilər: Ya mövqeyindən istifadə etməklə barbar hərəkətlərin müdafiəsinə son qoy, ya da vətəndaşlıqdan çıxarılacaqsan” – deyib Brake.
Müxalifətçinin çağırışına hakim torilərdən, millət vəkili Nədim Zəhavi də qoşulub.
O deyib ki, xanım Əsəd özünü daha çox hərbi cinayətlər törədən rejimin təbliğat maşını kimi aparır.
Beləki Əsma Əsəd bütün dünyanın Suriyada dinc sakinlər üzərinə kimyəvi hücumu pislədiyi bir vaxtda ərinin müdafiəsinə qalxıb.
ABŞ Suriya rejiminə raket zərbələri endirdikdən sonra Əsma Əsədin sosial media hesablarında belə bir mesaj peyda olub: “Suriya Ərəb Respublikasının prezidentliyi bəyan edir ki, Amerikanın etdiyi məsuliyyətsizlikdir və onun uzaqgörən olmadığını, dünya baxışının darlığını, reallığı görə bilməyən siyasi və hərbi korluğunu və qızışdırıcı ucuz təbliğat dalıınca qaçdığını göstərir”.
Əsma Əsəd Britaniyada təhsil alıb və 2000-ci ildə Əsədə ərə gedənədək Londonda investisiya bankiri kimi çalışırdı.
“The Guardian” yazır ki, Əsma Əsədin Britaniya vətəndaşlığından məhrum edilməsi onu “vətəndaşlığı olmayan şəxsə” çevirməyəcək, beləki onun ikili vətəndaşlığa malik olduğu düşünülür.

BBC

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.