Loading...
Loading...
Gündəm

Bəxtiyar Hacıyevdən Sahil Babayevə korrupsiya ittihamı…

İctimai fəal: “Nazir müavininin “Ekvita”sı, “Ekvita” işçisinin “Global Legal” şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti bu şirkətlərə verib…”

Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi üzrə əsaslı təmir aparılıb.

Bu işlərə 27 milyondan artıq vəsait xərclənib.

İctimai fəal Bəxtiyar Hacıyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygöl kimi bahalı rayonda hazır tikilmiş olan həmin binanı cəmi-cümlətanı 27-cə milyon manata necə əsaslı təmir etdirib. 

Hacıyev sosial şəbəkə vasitəsi ilə nazirə sual edir: “Necə qənaət edib o boyda böyük vəsaitə? Bu binanın əsaslı təmiri əslində neçə yüz milyon manat olmalı idi?”.

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev yazır ki, Sahil Babayev nazir təyin olunduqdan 2 ay sonra yaranan, bu günə qədər saytları, işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən “Aznest” və “Aqri Kon” şirkətlərinin açıq mənbələrdə 160 milyon manatdan çox tender udub: “Soldakı sənəddən də göründüyü kimi açıq mənbələrdə bütün tenderlər qeyd edilməyib, məsələn, 3 saylı Psixonevroloji müəssisənin təmirinə nə az, nə çox, 27.6 milyon manat ayrılıb. Ancaq bu məlumat elektron satınalmalar portalında yoxdur. Belə tenderləri, nazir müavininin “Ekvita”sı, “Ekvita” işçisinin “Global Legal” şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti bu şirkətlərə verib”.

“AqriKon” QSC-nin saytı yoxdur. 

Facebookdakı səhifəsini hazırda 4(!) nəfər izləyir. Son post 2019-cu ildə yenilənib. Şirkətin nömrəsi GetContactda “Aznest” nömrəsi gizlədildiyi gün gizlədilib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qədər sıx əməkdaşlıq etdikləri, 160 milyon manatdan çox tender verdikləri şirkətlərin rəhbərlərini cəmiyyətə təqdim etməlidirlər. Onların ofislərini çəkib, ictimaiyyətə məlumat verməlidirlər. Təsisçi mətbuat konfransı keçirməlidir, bu tenderləri necə udmaqları barədə açıqlama verilməlidir. Əks halda, susduqları müddətcə bu şirkətlərin Sahil Babayevə məxsus olması, Sahil Babayevin kabinetini təmir edən fəhlənin üstünü təmizləyərək atdığı imza ilə milyonların ora köçürülməsi barədə deyilənləri səssizlikləri ilə təsdiq etmiş olacaqlar”. 

“Eyni zamanda, milyonlarla insanımız pensiya, müavinət dərdi çəkdiyi, işsizlikdən əziyyət çəkdiyi bir vaxtda naməlum, heç bir əlaqə məlumatları işləməyən, facebookda 4 izləyicisi olan şirkətlərə 160 milyon manat ayırmaqlarının cinayət olduğunu qəbul etdiklərini göstərəcəklər. Maksimum paylaşaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səhifələrinə qeyd edək, rəsmiləri işarələyək, cavab tələb edək”, – deyə Hacıyev bildirib. 
 

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button