Bizim tərcüməDünya

Bəyənmədi və atdı! Məşhur rəssam Frida Kahlonun əsəri 8,63 milyon dollara satılıb

“Frida Kahlonun 1933-cü ildə çəkdiyi və bəyənmədiyi avtoportret. Onun “O qədər çirkin” (Autorretrato. Muy feo) adlandırıb, sonra atdığı əsəri cümə axşamı Nyu-Yorkdakı Christie’s hərrac evində keçirilən hərracda adı açıqlanmayan şəxs tərəfindən satışa çıxarılıb.

Fridanın nadir hallarda istifadə edilən freska texnikasından istifadə edərək 22,2 x 27,3 santimetr ölçüdə çəkdiyi avtoportretinin satışından əvvəl 7 ilə 10 milyon dollar arasında təxmini qiyməti müəyyən edilib və əsər 8,63 milyon dollara alıcı tapıb.

Bildirilir ki, Fridanın zibil qutusuna atdığı parçanı Lucienne Bloch adlı dostu ziyarət zamanı tapıb və gizlicə alıb hərracda satıb.

Ötən il Frida Kahlonun “Dieqo və mən” adlı əsəri 34,9 milyon dollara alıcı tapıb. Əsər rəssamın bu günə qədər ən çox satılan tablosu oldu. (İHA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Fransada sarı jiletlilər 4-cü ilində küçələrə çıxdılar!

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button