ManşetXəbərlərYazı

Bəylər Əyyubovun yaxın qohumu xüsusi əməliyyatla həbs olunduğu bildirilir

Adi bir narkotik əməliyyaına BŞBPİ rəisinin – general-mayor M.Seyidovun rəhbərlik etməsi və əməliyyaın videoçəkilişlə müşayiət olunması da saxlanılan şəxsin sıradan şəxs olmadığını təsdiq edir.

Bakının Nərimanov rayonu ərazisində, “Gənclik” metrostansiyasının yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mir-Qafar Seyidovun rəhbərliyi altında əməliyyat keçirilib.

Az24saat.org saytının əldə etdiyi məlumata görə, əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhəmməd adlı şəxs həbs olunub.
Saytımıza daxil olan məlumada o da qeyd edilir ki, saxlanılan şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun yaxın qohumudur.

Onun qardaşının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutduğu, özünün isə cənab Eyyubovun bacısı qızının əri olduğu bildirilir. 

Adi bir narkotik əməliyyaına BŞBPİ rəisinin – general-mayor M.Seyidovun rəhbərlik etməsi və əməliyyaın videoçəkilişlə müşayiət olunması da saxlanılan şəxsin sıradan şəxs olmadığını təsdiq edir.

Az24saat.org

 

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close