Loading...
Loading...
24 saatGündəm

Bəzi seçki komissiyaları üzvlərinin həbsi gözlənilir

11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində seçki komissiyasının üzvlərindən həbs edilən olacaq. Seçkidə axtakarlığa yol verən şəxslər hansı vəzifə tutmasından, həkim, müəllim və ya direktor olmasından asılı olmayaraq, qanunsuzluğa yol verdiyi halda, “seçki saxtakarlığı” ittihamı ilə üz-üzə qalaacaq. 24saat.org-a daxil olan məlumata görə artıq hüquq-mühafizə oranlarında bununla bağlı əməliyyat müşavirələri keçirilir. Ölkədə seçkilərin tam demokratik keçirildiyini, hakimiyyətin saxtakarlığa qarşı olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir neçə məntəqə və dairədə komissiya üzvlərinin həbs olunması istiqamətində iş gedir.

Qeyd edək ki, ötən həftə Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov da bu məsələnin anonsunu vermişdi. Daxili işlər nazirinin müavini qeyd etmişdi ki, daxili işlər nazirinin əmrinə əsasən fevralın 19-dan 27-dən əsasən Bakı, Gəncə Baş Polis idarələrində, Şirvan və digər böyük şəhərlərdə ətraf rayonların polis əməkdaşları da cəlb olunmaqla, zona müşavirələri keçiriləcək: “Şəffaf, demokratik seçki kampaniyasının aparılmasına heç kim mane ola bilməz. Belə fikrə düşənlər olsa da, qarşısı qətiyyətlə alınacaq”.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button