2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bədbəxt hadisə ilə bağlı metropoliten rəsmisindən AÇIQLAMA

“Hadisənin kamera görüntülərindən bəlli olur ki, həmin şəxs təxminən 30-35 yaşlarında olub”.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri  Nəsimi Paşayev “Nizami” stansiyasında sərnişinin qatar relslərinin üzərinə yıxılaraq xəsarət alması barədə açıqlamasında deyib.
Olayın diqqətsizlik nəticəsində yaşandığını deyən qurum rəsmisi əlavə edib ki, sərnişinin üzərində heç bir sənəd olmadığı üçün kimliyi hələ dəqiq bilinmir: “Sərnişin həmin vaxt tək imiş. Təhlükəsizlik xəttini keçib və diqqətsizlikdən ayağı sürüşüb yıxılıb, xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib”.
Metro polisindən aldığımız məlumata görə isə, zərərçəkmiş alkoqol qəbul edibmiş.
1 saylı Kliniki Tibbi Mərkəzdən ( Semaşko) isə Lent.az-a verilən məlumata görə, zərərçəkmiş hazırda koma vəziyyətindədir.
O açıq kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Lazımi bütün yardımlar edilib. Vəziyyəti ağır olaraq qalır.
Xəstəxanadan o da əlavə edildi ki, hələki xəstənin yalnız adının Fərid olduğu müəyyən edilib.  Onun barəsində əlavə məlumat yoxdur.
Lent.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button