2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Bədbin proqnoz: Qlobal inflyasiya gözləniləndən daha uzun müddət yüksək qalacaq

Dünyada inflyasiyası əvvəllər düşünüldüyündən daha uzun müddət yüksək qalacaq.

 

Saytların yığılması Saytlarin yigilmasi

“Biz qlobal inflyasiyanın 2022-ci ilin sonunda zirvəyə çatacağını gözləyirik, lakin 2024-cü ilə qədər 4,1%-ə düşərək, əvvəllər gözləniləndən daha uzun müddət yüksək qalacaq. Məlumatlara görə, bu il dünyada istehlak mallarının qiymətlərinin artımı orta hesabla 8,8%, gələn il isə 6,5% təşkil edəcək. Bu, iyul ayında proqnozlaşdırılandan müvafiq olaraq 0,5 və 0,8 faiz bəndi çoxdur”,- hesabatda deyilir.

Hesabatda qeyd edilib ki, əksər ölkələr üzrə inflyasiya proqnozları iyul ayı hesabatı ilə müqayisədə bir qədər yuxarıya doğru dəyişdirilib. Fond bunun səbəbləri arasında ərzaq və enerji məhsullarının bahalaşmasını göstərir.

Son hesablamalara görə, inkişaf etmiş iqtisadiyyatlarda bu il inflyasiya 7,2%, növbəti ildə isə 4,4% olacaq. İyulda BVF mütəxəssisləri rəqəmlərin müvafiq olaraq 0,6 və 1,1 faiz bəndi aşağı olacağına inanırdılar.

Son hesablamalara görə, inkişaf etmiş iqtisadiyyatlarda bu il inflyasiya 7,2%, növbəti ildə isə 4,4% olacaq. İyulda BVF mütəxəssisləri rəqəmlərin müvafiq olaraq 0,6 və 1,1 faiz bəndi aşağı olacağına inanırdılar.

Hesabatda “2021-ci ildən bəri inflyasiya əvvəllər gözləniləndən daha sürətli və amansız artıb. 2022-ci ildə inkişaf etmiş iqtisadiyyatlarda inflyasiya 1982-ci ildən bəri ən yüksək səviyyəyə çatıb”,- bildirilir.

 

“24 saat “Bədbin proqnoz: Qlobal inflyasiya gözləniləndən daha uzun müddət yüksək qalacaq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button