2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bələdiyyə sədrinin məhkəməsi: “Ona 200 min manat pul göndərmişəm…”

Yayımlandı: 30 Avqust 2022 17:39

Aytac Əliyeva məhkəmədə ağlayaraq, zərərçəkmişləri yalan danışmaqda ittiham edib

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının keçmiş sədr müavini, eyni zamanda, Bakının Binəqədi rayonunun bələdiyyə sədri olmuş Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turqut) məhkəməsi davam edir. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Əliyeva bacıları müxtəlif adamları aldadıb, yarım milyon manata yaxın pulu ələ keçirməkdə ittiham olunur. İttihama əsasən, onlar qızıl-zinət əşyalarının alqı-satqısı adıyla adamları aldatmaqda, vətəndaşa Binəqədi qəsəbəsində torpaq sahəsi satışıyla bağlı saxta sənəd verməkdə, işə düzəltmək adıyla pul almaqda təqsirləndirilir.

Aytac Əliyeva həbsdədir, bacısı isə bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

İyulun 30-da məhkəmədə zərərçəkmiş qismində tanınan şəxslərdən Sərxan Qafarov dindirilib. Ev alqı-satqısı, tikintisi və təmiri kimi işlərlə məşğul olduğunu deyən zərərçəkmişin sözlərinə görə, 2017-ci ildə Mehdiabad qəsəbəsindəki evini 223 min manata satıb, gəlir götürmək üçün müəyyən sahəyə pul yatırmaq qərarına gəlib. 2019-cu ildə Vahid adlı qohumundan Əliyeva bacılarının qızıl alverilə məşğul olduğunu eşidib:

“Vahid də bələdiyyə sədrilə tanış idi. Fikirləşdim ki, özümdəki pulun 200 minini qızıl alverinə qoyum: “Pulu Aytac Əliyevaya hissə-hissə göndərdim. Birinci dəfə Vahid 30 min manat apardı, ikinci dəfə 40 min manatı İlknura verdim. Vahid, İlknur və mən Nərimanovda taxıl anbarlarının yanında görüşdük, pulu sayıb İlknura vermişəm. Beləcə Aytaca 200 min manat pul göndərmişəm”.

Zərərçəkmiş deyir ki, 200 min manata görə ona yanvarda 7 min manat qazanc veriblər. Fevralda qazanc olmayıb:

“Martda dedilər qızıl satılmır, nə pulu qaytardılar, nə faiz ödədilər. Pandemiya başlayanda Aytac Əliyeva dedi ki, qızıl alveri ölüb. Mən pulumu geri tələb elədim. Mənə dedi ki, pulu qızıla yatırıb, əlində yoxdur. Qızıl da mağazalarda, mağazalar da bağlıdır. Dedi ki, evini satıb, qazanc götürüb verəcək pulumu. Amma evi 100 min manata satsa da, mənə pul vermədi. Ona görə şikayət elədim”.

Aytac Əliyeva isə zərərçəkmişin yalan danışdığını bildirib. Onun sözlərinə görə, zərərçəkmişi xüsusi öyrədib məhkəməyə göndəriblər:

“Mən faktları, sübutları ortaya qoyacam, görəcəksiniz ki, bu adam yalan danışır…”

Aytac Əliyeva məhkəmədə ağlayaraq, zərərçəkmişləri yalan danışmaqda ittiham edib.

Məhkəmə araşdırmaları sentyabrın 6-da davam edəcək.

Bacılar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button