2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Bələdiyyələrin referendum şantajı

 

İcarə borcu olan da, olmayan da qorxu içindədir

Referendum yaxınlaşdıqca hakimiyyətin bütün rıçaqları işə salaraq əksəriyyətin konstitusiya dəyişikliyinin lehinə səs verməsini təmin etmək üçün ardıcıl addımlar atdığından bəhs etmişdik. Bu günlərdə 24saat.org-a daxil olan məlumata görə, referendum seçkiləri ilə bağlı bələdiyyələrə verilən təlimat bu qurumu da hərəkətə gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Özəl mənbədən daxil olan məlumata görə, paytaxt kənd və qəsəbələrindəki bəzi bələdiyyələr fermerlərin seçki zamanı konstitusiya dəyişikliyinin lehinə səs verməsini təmin etmək üçün maraqlı üsula əl atıb.

Belə ki, fermerlərə bildirilib ki, referendum zamanı özü və ya ailə üzvü konstitusiya dəyişikliyinin əleyhinə səs verən icarə borcu olan fermerlərin əlindəki torpaqlar vergi borcunu ödəmədiyi üçün alınacaq.

Mənbənin sözlərinə görə, bələdiyyələrin şantajı vergi borcu olmayan fermerlərdən də yan keçməyib. Sahibkarlara ünvanlanan xəbərdrlıqda qeyd olunub ki, vergi borcu olmayan, fəqət konstitusiya dəyişikliyi əleyhinə səs verən fermerlərin də əlindəki icarə torpaqları onlardan alınaraq başqa şəxslərə veriləcək. Bunun üçün icarəyə verilmiş torpaqların təyinatı üzrə istifadə edilməməsi, yaxud təsərrüfat xarakterli torpaqların üzərində hansısa tikilinin inşa edilməsi və s. kimi bəhanələrdən istifadə olunacaq.

Mənbənin sözlərinə görə, bələdiyyələrin məlum hədəsi fermerlər arasında ciddi təlaşa səbəb olub. Istifadələrindəki torpaqları itirə biləcəyindən ehtiyat edən fermerlərin əksəriyyəti referendum seçkilərinin “sağ-salamat” keçib getməsini səbirsizliklə gözləməkdədir.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button