2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bərbər 22 avro istədi, “milyarder çoxdu” deyib saçını kəsdirmədi

Varlı olmaq hər kəsin xəyalıdır. Elə bir insan yoxdur ki, sərvət sahibi olanların həyat tərzinə baxıb öz-özünə “belə bir yaşam məndə niyə yoxdur” deyə sual verməsin. Kənardan baxdıqda onların heç bir problemi olmadığı, xoşbəxt yaşadıqları təəssüratı yaranır. Amma medalın digər üzü də var. Hansı ki, sərvətlərini qorumaq, bizneslərini davam etdirmək üçün zənginlərin gecə gündüz çalışmaları, stressli bir həyat yaşamalarıdır.

Ən çox milyarder harada yaşayir?
Bu ilin ikinci rübünə olan məlumata görə, dünya üzrə milyarderlərin ümumi var-dövlətləri təqribən 7,7 trilyon ABŞ dollarına qədər artıb.

Hesablamalara əsasən, ən çox milyarder Avropada yaşayır, Asiyada isə milyarderlərin sayı sürətlə artır.

Saytların yığılması Saytlarin yigilmasi

Dünyada var-dövləti 1 milyard dollar və ya daha çox olan insanların sayı 2015-ci ildə 6,4% artıb. İndi 2473 nəfər belə var-dövlətlə öyünə bilər.

Milyarderlərin ümumi var-dövləti 2015-ci ilin yekunları üzrə 7,683 trilyon ABŞ dolları təşkil edib. Bu isə hesabatların hazırlanması dövründə mütləq rekorddur.
Ötən illə müqayisədə milyarderlərin məcmu kapitalı 5,4% artaraq, ABŞ və Çin istisna olmaqla, dünyanın bütün ölkələrinin ÜDM göstəricisini üstələyib.

2015-ci il Asiya (Yaxın Şərq istisna olmaqla) üçün daha “məhsuldar” alınıb: Bu regionda milyarderlərin sayı 15,2% çoxalıb. Bu, isə Şimali Amerikada müşahidə edilən artımdan demək olar 5 dəfə çoxdur. Nəticədə Asiya var-dövləti azı 1 milyard ABŞ dolları olan sakinlərin sayına görə (645 nəfər) dünyada ikinci sıraya yüksəlib. Şimali Amerikada isə milyarderlərin sayı 628 nəfərdir.
Milyarderlərin sayına görə, lider yenə də Avropa (806) olub. Amma 2015-ci ildə yerli varlıların var-dövləti 1,9% azalıb. Bu azalma digər regionlarda da müşahidə edilib, özü də daha iri həcmdə. Məsələn, Şimali Amerikada yaşayan milyarderlərin var-dövləti 8%, Asiyadakı “üst təbəqə”ninki 19,6%, Yaxın Şərqdəki varlıların sərvəti isə 9% azalıb.
Necə varlanmaq olar?

Milyarderlərin siyahısında adlarını gördüyümüz insanların əksəriyyəti zamanında hər qəpiklərinin hesabatını apararaq hazırkı zirvəyə yüksələ bilən insanlardır. Qənaətcil olmaq, kənarda pul yığmaq və həmin pulları səmərəli sərmayəyə çevirmək varlanmaq üçün çıxılan yolda ən vacib şərtdir.
Yəni zəngin həyatınız olmasını istəyirsinizsə, bunun üçün bəzi vərdişlərə sahiblənməlisiz. Əvvəla iqtisadiyyat, maliyyə, investisiya kimi mövzuları sevməyə başlamalısınız.

İkinci bir tərəfdən yaxınlarınızdan miras qalmayıbsa və ya ailədən sərvətə sahib deyilsinizsə, varlanmaq üçün pulunuzu düzgün istifadə etməlisiniz. Qazandığınız pulun hər qəpiyinin hesabını bilməli, onları artırmaq haqqında düşünməlisiniz. Xərclərinizi minimumlaşdırmalısınız. Yaxşı büdcə planı hazırlamalı, pulunuzun haradan gəlib hara getdiyini tam şəkildə bilməlisiniz.

Məsələn, dünyanın ən varlı şəxsi Con Rokfellerin şəxsi hesab kitabçası olub. Həmin kitabçada o, bütün xərc və gəlirlərinin hesabını aparırmış. İş adamının gəlirlərinə qənaətcil yanaşması ona ilk kapitalını toplamağa imkan verib. 18 yaşında artıq onun kənarda 800 dollar pulu varmış.
İKEA korporasiyasının sahibi biznesmen İnqvar Kamprad pula qənaət etmək üçün paltarlarını “second-hand” mağazalarından, bazarlardan alır.

Hətta milyarder özü bu haqda belə deyir: “Yeni aldığım əşyalarımın olduğunu düşünmürəm, hər şeyi bazardan alıram. Bununla müsbət nümunə olmaq istəyirəm”.
2008-ci ildə İsveç nəşrinə verdiyi müsahibəsində isə o, Amsterdamda bərbərin saç kəsimi üçün 22 avro istədiyini bildirib. Milyarder həmin hadisədən sonra yalnız inkişafda olan ölkələrə səfərlər zamanı saçını kəsdirdiyini deyib.

Daha bir misal, Uoren Baffetlə bağlıdır. Sərvətinin həcminə görə, dünyanın üçüncü ən varlı şəxsi sayılan Baffet hesab edir ki, əsl milyonçu qənaət etməyi bacarmalıdır. O öz investor karyerasının əvvəlində gəlirinin bir hissəsini ehtiyat olaraq ayırırmış.
Sahib olduğu sərvətə baxmayaraq, indiyə qədər 1957-ci ildə aldığı evdə yaşayır. Bundan əlavə, o köhnə avtomobilindən istifadə edir və demək olar ki, adətən fəstfud ilə qidalanır. Ən ucuz mağazalardan geyim alır.

Dünya milyarderləri necə varlanıblar?
Keçək dünya milyarderlərinin bu nöqtəyə necə gəlib çıxmalarına. Araşdırmalara görə, hazırda dünyada milyarderlərin sayı 1810 nəfər, onların sərvətlərinin məbləği isə 6,48 trilyon dollardır. Bu milyarderlərin 13 faizinin sərvətinin mənbəyi mirasdır. 27 faizi isə aldıqları mirası düzgün dəyərləndirənlərdir. 60 faizi sıfırdan, qəpik-quruşu milyardlara çevirən şəxslərdir.
Mütəxəssis rəyləri göstərir ki, milyarder olmaq üçün ən böyük bacarıq düzgün işlə məşğul olmaq, pulu düzgün dəyərləndirməkdir.

Dünya milyarderlərinin 60 faizini zəngin edən 5 peşə:
19,3 faizi maliyyə, bankirlik, investisiya sektoru,
12,1 faizi sənaye sektoru
7,1 faizi daşınmaz əmlak sektoru
5 faizi məqsəd güdməyən birlik və vətəndaş cəmiyyət təşkilatlarından,
4,9 faizi tekstil, lüks məhsullar, akssesuar sektoru.
Göründüyü kimi, pulun təməlini meydana gətirən maliyyə, bank sektoru hələ də birinci sıradadır. Bu baxımdan pulunuzun qədrini bilin və sevin. Əmin olun pul da sizi sevəcək. Nəzər yetirin, kasıblar pul barəsində danışmaq istəmədikləri halda, varlılar daim puldan danışırlar. Bu səbəbdən varlılar pulu çoxaltmağın yolunu tapırlar.(publika.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button