2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bərdədə büdcəni dağıdanların şok – Siyahısı

Bərdə icra hakimi köhnə komandasını rayona səfərbər edib.

24saat.org-a verilən xəbərə görə, Vidadi İsayevin büdcə dağıdıcı komandası Bərdəni də alt-üst edib. Bir qrup ziyalının redaksiyamıza ünvanladığı məktubda V.İsayevin şəbəkəsinin adları açıqlanıb. Siyahıda
Tərtər rayonundan gətirdiyi İsmayılov İskəndərin sənədlərlə iş şöbəsinə müdir təyin olunması qeyd edilib. Tərtər rayonundan Bəylərov Zauru isə özünə köməkçi təyin edib. Hazırda Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiridir.
Onun başçının biznes işlərinə də nəzarət etdiyi deyilir. Zaurun qayınatasını komendanta nəzarətçi və rayonundan qayını Bünyatov Çingizi isə özünə sürücü, Yevlax şəhərindən Fərzəliyev Əlini isə şəhər təsərrüfatı üzrə nümayəndə gətirib.
Müraciətdə vurğulanır ki, illərdir icra başçısının komandası Bərdədə korrupsiya və biznes fəaliyyətini genişləndirir: “İcra Hakimiyyətinin Hüquq şöbəsinə məsləhətçi vəzifəsinə Salyan rayonundan öz bacısı oğlu Səfərov Natiqi, Sənədlərlə iş şöbəsinə məsləhətçi vəzifəsinə Yevlax şəhərindən Səttarov Mübarizi, Sənədlərlə iş şöbəsinə Şəhər İcra Nümayəndəsinin oğlu Fərzəliyev Fəridi gətirib.
Telekommunikasiya Qovşağına müdir vəzifəsinə Yevlax şəhərindən Şirinov Nazimi, Əhalinin Sosial Müdafiəsi Mərkəzinə direktor vəzifəsinə Yevlax rayonundan Məmtiyev Raqufu, Mənzil İstismar Kontorunun müdiri vəzifəsinə Tərtər rayonundan olan Pənahov Raufu, Bərdə Su-kanal idarəsinin müdiri vəzifəsinə Goranboy rayonundan olan Zamanov Vilayəti gətirib.
Bərdə Ərazi Yer Quruluşu idarəsinin rəisi vəzifəsinə Tərtər rayonundan olan Cəfərov Təbibi, Torpaq şöbəsinin müdiri vəzifəsinə Salyan rayonundan Şirinov Yaşarı, Bərdə Loqistik kübrə bazasına Yevlax rayonunda işdən qovulmuş Rüstəmov Sürəddini təyin etdirib”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button