2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bərdəyə prezidentin ayırdığı 30 milyon manat hara xərclənib?

Rayon ziyalılarının müvafiq qurumlara ünvanladıqları sorğular cavabsız qalıb
Bərdə rayonunda büdcə vəsaitlərinin talan edilməsi iddiası ilə Bərdənin icra başçısı Vidadi İsayevdən prezidentə, Nazirlər Kabinetinə və Hesablama Palatasına şikayət edilib. Müraciət bir qrup ziyalı – Şahlar Baxşalıyev, Abbas Abbasov, Rüstəm Həsənov, Yusif Əliyev, Elşən Cavanşirov və Əli Sadıqov tərəfindən göndərilib.

Müraciətdə bildirilib ki, ölkə müstəqillik əldə edəndən 2011-ci ilədək (V.İsayev icra başçısı təyin olunan tarixədək) rayon öz hesabına yaşayayıb: “Heç bir milyon manat da olsun pul vəsaiti ayrılmayıb. Amma 2011- 2015-ci illər ərzində Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən rayonda yol təsərrüfatı və abadlıq işlərinin görülməsi adı ilə Bərdə rayon İcra Hakimiyyətinə 30 milyona yaxın pul vəsaiti ayrılıb. Bu vəsaitlə görülən işlərlə bağlı rəqəmlər həddindən artıq şişirdilib və rayonda bu həcmdə işlər görülməyib”.

Şikayətçilərin müraciəti əsasında Maliyyə Nazirliyinə, Hesablama Palatasına və Bərdə Rayon İcra Hakimiyyətinə 07.09.2016-ci il tarixdə sorğu göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hesablama Palatasına ünvanladığını sorğu ilə əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd olunan məsələlərlə bağlı Bərdə rayonunun bir qrup sakinləri Hesablama Palatasına əvvəllər müaciətlər daxil olub və həmin müraciətlərə müvafiq qaydada münasibət bildirilib”,-deyə Hesablama Palatasının sorğuya 13.10.2016-ci il tarixində verdiyi cavabda bildirilib.

Maliyyə Nazirliyinə və yerli icra hakimiyyətinə göndərilən sorğu isə cavabsız qalıb.
bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button