2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bəs, vətəndaşın haqqı nə vaxt qorunacaq?

Kredit verənlərə yeni girov imkanı tanıyanlar, həyatı girova çevrilmiş xalqı niyə xatırlamırlar?

Bu ölkədə banklara kredit ödəməyən ailə tapmaq mümkünsüz olub. Kimi dindirirsən, kimin halını xəbər alırsan “kredit axırımıza çıxıb” cavabını verir. Bu ölkədə kredit dərdin himayəçisi kimi çıxış edir. Əsasən iri məmurlara məxsus olan banklar fəaliyyət göstərir və 25-30 faizlik kreditlə vətəndaşın müflisləşməsini həyata keçirirlər. Hətta iki dağıdıcı devalvasiyadan sonra da vətəndaşın gözünün yaşını silən tapılmadı. Fakt budur ki, bugün məhkəmə işlərinin 70 faizi bank- müştəri çəkişmələridir. Problemli kreditlərin həcmi sürətlə artır. Saysız-hesabsız evlər, obyektlər, avtomobillər bankların girovluğundadır. Xülasə, məlum olan budur ki, 2.5 milyon vətəndaşın banklara borcu var. Bu da sirr deyil ki, kredit borcları intihar bolluğu yaradıb.
Amma bütün bunlara baxmayaraq hökumətin fəaliyyəti vətəndaşı daha da sıxmağa, şəxsi bankların sağlamlaşdırılmasına milyardlar xərcləməyə yönəlib. İndi də kreditləri sığortalamaq üçün daşınar əmlakın girov kimi saxlanılmasını rəsmiləşdirirlər. Bəli, Azərbaycanda kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor, kompüter və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsində deyilir. Qanun layihəsinə görə, artıq daşınmaz əmlakı olmayan kiçik və orta sahibkarlar daşınar əmlak, yəni mal-qara, texnika, qızıl-zinət əşyalarını girov qoyaraq maliyyə resurslarına çıxış əldə edə biləcək. Bu layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq və ildırım sürətiylə qəbul ediləcək.
Deməli, bundan sonra kredit borcunu ödəyə bilməyən vətəndaşın evində “daşdan yumşaq” nə varsa, ələ keçirmək mümkün olacaq. Hansıki, içində zərrə qədər vətəndaş sevgisi olan hökumət məsələyə başqa tərəfdən yanaşardı. Məsələn, kredit faziləri aşağı salınardı, devalvasiyanın vurduğu zərər sığortalanardı, ödəniş üçün əlavə vaxt tanınardı, problemli kreditlərin həcminin artmasına səbəb olan problemlər aradan qaldırılardı.
Amma bu ölkədə insan həyatı çox ucuz olduğuna görə, bu həyatın qorunması heç kimə maraqlı deyil. “Millət necə tarac olur olsun” hökumətimizin dəyişməz şüarına çevrilib.
Müxtəsər, “islahat komandası” vətəndaşı böhrandan qorumaq əvəzinə, pullarını vətəndaşdan qotumağın yeni yolunu tapıblar. Yüksəkfaizli kreditlərin qarşılığında daşınar və daşınmaz əmlakın girov qoyulması, vətəndaşın həyatının girova çevrilməsi deməkdir.
Millətə vəkillik etmək iddiasında olanlar girov xalqın azadlığı haqqında düşünmək iqtidarında deyillər. Bütün diqqətlər məmur pullarını qorumağa yönəlib.
İlham

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button