2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bəxtəvər və bədbəxt Əliyev

Brilyantı adi daşa çevirən adam

Heydər Əliyev qiyamla hakimiyyətə gələndə, prezidentlik postunda özün möhkəmlədəndə heç kim düşünmürdü ki, İlham Əliyev prezident ola bilər. İlham Əliyev atasının yanında gəzirdi, amma birinci şəxs olmaq üçün heç bir parametrə uyğun gəlmirdi. Yəqin ki, İlham Əliyev də bunu təsəvvür edə bilmirdi. Çünki tamam apalitik, əyləncəyə meylli, Azərbaycandan kənarda yaşayan bir adam idi və dövlət idarəçiliyinə heç bir halda yaramırdı. Amma Heydər Əliyev KQB məktəbi keçmiş, çeşidli fəndləri bilən siyasətçi idi və İlham Əliyevə xəyal edə bilməyəcəyi gələcək hazırlayırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Nəhayət, müxtəlif manevrlərdən sonra, saxtalaşdırılmış seçkinin nəticəsində İlham Əliyev şahlıq taxtına əyləşdi. Prezidentlik İlham Əliyev üçün möcüzəvi bir şans idi və bu şansdan dövlətin və xalqın rifahı naminə yararlanmaq olardı. İlham Əliyevin bəxtəvərçiliyi onda idi ki, Azərbaycana böyük pullar məhz onun prezidentliyi dövründə axdı. Eyni zamanda onu gənc, təhsilli, xarici dil bilən, demokratik düşüncəli biri kimi qabardırdılar və dünyaya da belə təqdim olunurdu. Belə təəssürat yaradılmışdı ki, İlham Əliyev atasının məkrli siyasətini ləğv edib, yeni bir cığır açacaq. Beləliklə, həm ölkəyə külli miqdarda pul axını, həm də yaradılmış müsbət imic İlham Əliyevə tarixə düşmək şansı qazandırmışdı. O, ağıllı siyasətlə haqqında danışılan bəzi mənfi fikirləri də dəfn edə bilərdi. Bəlkə də dünya tarixində belə əlverişli şansa sahib olan ikinci bir ölkə başçısı olmayıb. Heç bir əziyyət çəkmədən, heç bir enerji sərf etmədən “xalqın xilaskarı” ola bilərdi.
Amma illər keçdikcə İlham Əliyev atasına rəhmət oxutdurdu. Adamlar Sovet dövrünün xiffətin çəkməyə başladı. Müstəqil ölkənin vətəndaşları “xalqlar həbsxanası” adlandırılan sistemi arzulayırdılar. Çünki İlham Əliyev milyardları dövlətin və xalqın rifahı üçün deyil, özünün və ətrafındakı adamların hədsiz varlanması üçün sərf etdi. Bütün sahələr korrupsiyaya yoluxdu. Təhsil, səhiyyə, məhkəmə sistemi bərbad hala salındı. İqtisadiyyat neftin girovuna çevrildi. Söz azadlığı məhdudlaşdırıldı. Reputasiyası kirli adamlar başa çəkildi. Yalan və yaltaqlıq dəyərə çevrildi. Müstəqil mətbuat məhv edildi. Repressiya maşını işə salındı. Ölkə vətəndaşları sürətli başqa ölkələrə axın etdi. 20 faiz ərazi “sülh danışıqları” adı altında düşmənin mülkiyyətinə çevrildi.

Vəziyyət o həddə çatdı ki, Azərbaycan dünyanın nüfuzlu mətbuat orqanlarının, hüquq müdafiə təşkilatlarının “qara siyahı” sına düşdü. Dünya gündəminə Qarabağla gəlməli olduğumuz halda, hakim ailənin ölkədən oğurladığı pullarla gəldik.
Bu neqativ tendensiya hər il daha sürətlə artdı. Əliyev idarəçiliyi bir epidemiya kimi dövlətin orqanizmin çürütdü. Bütün dövlət qurumları oyuncağa çevrildi və dövlətin büdcəsi mənasız layihələrə xərcləndi. Bir də ayıldıq ki, dövlət borcu, dövlət büdcəsindən iki dəfə çoxdur. İlham Əliyevin korrupsiyaya bulaşmamış bir nəfər kadrı da olmadı. Bütün vəzifəli şəxslər monopolist, oliqarx oldu. 100 il əvvəl dünyaya demokratik seçki ənənəsi gətirən ölkə, 100 ildən sonra səslərin oğurlandığı ölkə kimi dünyaya səs saldı. İndi dünyanın müxtəlif yerlərində İlham Əliyevi diktator kimi təqdim edirlər. Hətta Amerikanın bir muzeyində də diktatorların sırasında yer alıb.

Bəli, İlham Əliyev bu dövləti dünyaya bir nümunə kimi təqdim edə bilərdi. Azərbaycan xalqına layiq olduğu həyatı yaşada bilərdi. Amma İlham Əliyev və ətrafı dövləti şəxsi mülkiyyətləri kimi talan etdilər və bu gün də talançılıq davam edir.
İlham Əliyev ona verilən brilyantı adi daşa çevirdi. Bütün fürsət qapıların dövlətin üzünə bağladı. Allahın bu xalqa bəxş etdiyi neft sərvətin şəxsi məqsədlər naminə havaya sovurdu. Azərbaycanın bütün düşmənləri bir yerə yığışsa, Azərbaycana bu miqyasda zərbə vura bilməzdi.
Müxtəsər, İlham Əliyev adın dünya tarixinə “xalqın sevən lider” kimi yazdıra bilərdi. Amma ölkə vətəndaşı və dünya ictimaiyyəti onu “xalqına qənim kəsilən prezident” kimi tanıyır. İlham Əliyev dünyanın ən varlı adamları siyahısında ola bilər. Amma o dünyanın ən bədbəxt adamıdır. Xalq ona nifrət edir və onun komandasına lənət yağdırır. Heydər Əliyev olmasaydı, İlham Əliyev deputat da ola bilməzdi. Amma başına tale quşu qondu və bu quşun qanadların sındırdı. Bütün dünyanın həsədlə baxmalı olduğu ölkəyə, bütün dünya təəssüflə baxır. Hətta düşmən ölkə bizə demokratiya dərsi keçir.
İlham Əliyev bəxtəvərlik tacın, bədbəxtlik kəfəninə bürüdü. Məqsədli şəkildə dövləti çökdürdü, qürursuzlaşdırdı, yoxsullaşdırdı.
O sübut etdi ki, xarici dil bilmək, xaricdə təhsil almaq insanı xəstə təfəkkürdən xilas etmir, acgözlükdən sığortalamır.
İlham Əliyevin idarəçiliyi həqiqətən də analoqsuzdu. Dünyada bu qədər fürsətləri, bu boyda tənəzzülə çevirə bilən ikinci prezident olmayıb.
Rəhmət qazanmaq fürsətin, lənət qazanmaq imkanına çevirdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button