2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bəxtiyar Hacıyevə azadlıq tələb edən fəallar saxlanılıb (Yenilənib)

Yayımlandı: 20 Fevral 2023 16:36

Məhkəmənin önünə yığışan fəallar “Öldürmə, azad et”, “Azadlıq Bəxtiyarın haqqıdır” şüarları səsləndiriblər

Bakı Apelyasiya Məhkəməsinin önündə Bəxtiyar Hacıyevə azadlıq tələb etdikləri üçün saxlanılan ictimai fəallar Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində saxlanılır.

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasıyla bağlı vəkillərinin şikayətinə baxılıb.

Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bəxtiyar Hacıyev həbsdə qalıb.
Məhkəmənin önündə beş gündür quru aclıq edən Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə etiraz aksiyası da keçirilib.

Bir qrup vətəndaş cəmiyyəti fəalı “Öldürmə, azad et”, “Azadlıq Bəxtiyarın haqqıdır” şüarları ilə onun həbsinə etirazlarını bildiriblər.

Aksiya iştirakçılarından Nərmin Şahmarzadə bildirib ki, tələbləri Bəxtiyar Hacıyevin azad edilməsidir. Çünki onun həbsinin heç bir qanuni əsası yoxdur:

“Bəxtiyar Hacıyev siyasi fikirləri, məqsədinə görə həbs olunub. İndi də onu öldürməyə çalışırlar. Artıq beş gündür ki, o, quru aclığa keçib, su da içmir, məhkəməyə əlil arabasında gətirilib, qusur. Bundan betər vəziyyət yoxdur. O, hər an ölə bilər. Hiss olunur ki, onun həbsi sırf prinsipə edilib və mən düşünürəm ki, Bəxtiyar dərhal azad edilməlidir”.

Aksiya iştirakçısı bildirib ki, əgər Azərbaycan hakimiyyəti Bəxtiyar Hacıyevi dərhal azad etməsə, onlar daha böyük addımlar atmağı düşünürlər.

Afiəddin Məmmədov isə deyib ki, hakimiyyət bir insanın ölümünə səbəb olacaq qədər vicdansız olmamalıdır:
“Bu insan artıq qırx gündən çoxdur ki, aclıq edir. Beş gündür quru aclığa keçib. Dərhal azad edilməlidir, çünki həyatı risk altındır”.

Aksiyaya polis müdaxilə edib. İştirakçılardan Samir Sultanov, Nemət Abbasov, Afiəddin Məmmədov, Nərmin Şahmarzadə, Əli Məlikov saxlanılıb. Onlar 27-ci polis bölməsinə aparılıblar.

Vəkili Aqil Layıcın sözlərinə görə, ictimai fəal ölümcül haldadır, o, məhkəməyə əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş arabada gətirilib və yolda qusub.

Bəxtiyar Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb. O, fevralın 16-da sudan imtina etdiyini açıqlayıb.

İctimai fəal ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edib.
Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, bu ittihamla razı deyil.

Dekabrın 15-də Bəxtiyar Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirib.

Yanvarın 9-da isə yenidən aksiyanı bərpa etdiyini açıqlayıb.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button