2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bəxtiyar Hacıyev: “Bu parlament legitim parlament ola bilməz”

Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin növbədənkənar parlament seçkiləri zamanı 29 saylı Səbayil seçki dairəsində saxtakarlıqlar haqda şikayətini təmin etməyib. İctimai fəal səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb edib. 29 saylı Səbayil seçki dairəsindən namizədliyini irəli sürən Bəxtiyar Hacıyev müsahibəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən şikayətinin təmin olunmaması və fevralın 9-da növbədənkənar parlament seçkilərində səsvermə zamanı seçki pozuntuları haqda danışıb. O, Bakı Apellyasiya Məhkəməsinin “hakimiyyətin siyasi tapşırığını icra etdiyini” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz prosesdə 20-yə yaxın məntəqədə protokolları nümayş etdirdik, hansındakı rəqəmlər, saylar tamamilə fərqli idi. Və eyni zamanda, 10-na yaxın məntəqə üzrə videolar nümayiş olundu, hardaki məntəqə seçki komissiyalarının sədrləri, komissiya üzvləri bülletenləri tək-tək sayırdılar, orda bir say çıxırdı, protokolda tamamilə başqa say yazılmışdı. Bəzi hallarda 1600 faiz, bəzi hallarda 888 faiz, bəzi hallarda 500 faiz artırılmışdı. Yəni proses müddətində hakimlər razılaşırdı bu fərqlərin, ciddi pozuntu olması ilə bağlı və bizdə müəyyən bir gözlənti var idi ki, hakimlər bunu inkar edə bilməzlər. Amma qısa müşavirədən sonra hakimlər qayıtdılar və dedilər ki, şifahi olaraq elan etdilər ki, Mərkəzi Seçki Komissiyasının qərarı qüvvədə saxlanılsın, bizim iddiamız təmin edilməsin.”

Bəxtiyar Hacıyev növbədənkənar parlament seçkilərinin nəticələrinin vətəndaşların hakimiyyətin islahat mesajına inamını azaldacağını düşündüyünü bildirib. “Kimsə özünə islahatçı deyirsə, o bu şəkildə, biabırçı şəkildə seçkilərin nəticəsi ilə parlamentdə oturmağı özünə yaraşdırmamalı idi. Hakimiyyət deyirdi ki, `biz islahatlara gedirik, islahatçı komandanı toplamaq istəyirik parlamentə, amma digər tərəfdən, hətta prezidentin səs verdiyi dairədə belə bu qədər açıq, nümayişkaranə saxtakarlıq edib, yaşca gənc bir adamın yol olaraq köhnə komandanın, yəni Ramiz Mehdiyevin və Gülər Əhmədovanın yolu ilə gedib, bu şəkildə, biabırçı şəkildə parlamentdə təmsil olunması məncə, hakimiyyətə baş ucalığı gətirmir. Nə ölkə ictimaiyyətində, nə də beynəlxalq ictimaiyyətdə. Bu, sadəcə olaraq, insanların cəmiyyətdə islahat mesajına inamını birdəfəlik öldürdü. Mən düşünürəm ki, hakimiyyət üçün yəni bir dairədə pozuntuları tanımaq o qədər də böyük bir problem olmamalı idi. Hakimiyyət özünü düşünürdüsə, vətəndaşları düşünürdüsə, insanların dövlətə olan inamını düşünürdüsə, islahat mesajlarının dəstəklənməsini istəyirdilərsə, bu dairədə olan pozuntuları tanıımalı idi. Amma tanımadısa, deməli, sadəcə olaraq orada bir neçə nəfərdən qurtulmaq lazım idi və onlar da bu seçkidən qurtuldular.”

Bəxtiyar Hacıyev parlamentə seçilmiş gənc namizədlərin ölkədə islahatların aparılmasında rol oynaya biləcəyinə inanmadığını deyib. “Əgər bu qədər açıq saxtakarlıqla seçilməsəydilər o yeni dəyişən deputatlar arasında müəyyən insanlar var ki, onların savadları da, onların beynəlxalq əlaqələri də , onların təcrübələri də imkan verirdi ki, nisbətən bir irəliləyiş olsun. Amma bu parlament o qədər açıq saxtakarlıqla seçildi ki, onların cəmiyyətdə hətta olan nüfuzları yerlə bir oldu. Yəni bu parlament legitim parlament ola bilməz, çünki bir çox dairələrdən həddindən artıq çox şikayətlər var, faktlar var və sübutlar var və bütün bunlara baxmayaraq, hakimiyyət sadəcə olaraq müəyyən barmaqla seçilən insanları parlamentə təyin etdi. Əgər belədirsə, yaxşı olardı ki, belə deyək, parlament seçkilərini ləğv etsinlər, prezident administrasiyasında şəxsləri qəbul etsinlər, müsahibə etsinlər və tək-tək sərəncam verib onları parlamentə təyin etsinlər. Buna seçki demək olmaz. Bu, seçki deyildi. Bu, sadəcə olaraq əvvəlki seçkilərdən daha böyük, daha biabırçı bir proses idi. Əvvəllər biz administrasiyada bəzi adlar var idi onları günahlandırırıq ki, onlar imkan vermir şəffaf seçkilər keçirməyə, onlar imkan vermir islahatların baş verməsinə. İndi həmin şəxslər administrasiyada deyillər. Sual yaranır ki, biz kimi qınayaq? Kimdir bu seçkilərin bu şəkildə keçirilməsinə səbəbkar olan? Və ölkə prezidentinin səs verdiyi dairədə bu qədər qalmaqala baxmayaraq, Nİgar Arpadari kimi heç bir siyasi, ictimai əhəmiyyəti olmayan bir şəxsin hələ də yəni nəticələrinin qüvvədə saxlanılması onu göstərir ki, prezident öz islahat mesajını, həmin səhifəni bağladı, kitabı qoydu bir kənara.”

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button