2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bəxtiyar Hacıyev görüşə əlil arabasında gətirilib – VƏKİL

Bəxtiyar Hacıyevin vəziyyəti kritikdir, ölə bilər. Vəkillərilə görüşdən sonra onu əlil arabasında aparıblar. Bu barədə fevralın 20-də günorta vəkillərdən biri, Elçin Sadıqov Turan agentliyinə bildirib.

Bazar ertəsi vəkillər Elçin Sadıqov, Zibeydə Sadıqova, Rövşanə Rəhimli və Şəhla Hümbətova Penitensiar Xidmətin müalicə müəssisəsində Bəxtiyar Hacıyevə baş çəkiblər. Onlar yenə də fəaldan 43 gündür keçirdiyi aclığı dayandırmağı xahiş ediblər. Son beş gündə o, sudan da imtina edib.

“Ancaq o, sona qədər quru aclığı davam etdirmək niyyətindədir”, – Sadıqov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Fəal vəkillərə tibb müəssisəsində qeyri-insani rəftardan şikayət edib. Bu, təcridxanada olduğundan da pisdir. Belə ki, müalicə müəssisəsində ona yatmağa imkan vermirlər. 6 kvadratmetrlik otaqda mühafizəçilər nümayişkaranə şəkildə yemək yeyirlər, yüksək səslə danışırlar, televizora baxırlar. Bütün bunlar Bəxtiyarın vəziyyətinə olduqca mənfi təsir göstərir, onun müalicə müəssisəsinin rəhbərliyinə şikayətləri isə cavabsız qalır,  Elçin Sadıqov bildirib.

Bununla bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən alcığa başlayıb.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

24 saat” “Bəxtiyar Hacıyev görüşə əlil arabasında gətirilib – VƏKİL” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button