2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bəxtiyar Hacıyev saxlanıb yenidən təhdid edildiyini deyir

İctimai fəal Bəxtiyar Hacıyev bu gün, avqustun 22-də Bakıda gündüz saatlarında küçədə saxlanaraq fiziki təzyiqə məruz qaldığını bildirir. Fəalın sözlərinə görə, avqustun 22-də o, piyada ofisə gedərkən yolda mülki geyimdəki bir şəxs ona tərəf qaçmağa, onu tutmağa çalışıb: “Mən təkrar oğurlanmaqdan ehtiyatlanaraq yaxınlaşan şəxsin kim olduğunu bilmədiyim üçün oradan uzaqlaşmağa çalışanda üstümə hücum çəkdilər, bir neçə nəfər zorakılıqla məni maşına mindirdilər”.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, onu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar: “Maşından düşürəndə başıma və qollarıma vururdular. Orada bir müddət saxladıqdan sonra Baş İdarənin rəisi Əbülfət Rzayevin yanına apardılar. Əbülfət Rzayev nazirlə bağlı postları silməyimi tələb etdi, dedi, biz güc nazirliyiyik, sənlə güclə danışırıq, bir də belə olsa, səni həbsə göndərəcəm”.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button