2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bəxtiyar Hacıyev: “Vilayətin kuklalarından nə gözləyim?”

Yayımlandı: 20 Fevral 2023 16:43

İctimai fəal yenə həbsdə qaldı

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasıyla bağlı verilmiş şikayətə baxılıb. Hakim Habil Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında 44 gündür aclıq edən Bəxtiyar Hacıyev özü də iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillər onun təqsirsiz, irəli sürülmüş ittihamların isə əsassız olduğunu vurğulayıblar. Müdafiəçilər xüsusən Bəxtiyar Hacıyevin sağlıq durumuna diqqət çəkiblər. O, 5 gündür ki, sudan da imtina edib, hərəkət qabiliyyətini itirmək üzrədir. Məhkəməyə gətirilərkən öd qaytardığını deyən ictimai fəalın sözlərinə görə, buna baxmayaraq, aclığı dayandırmaq niyyətində deyil.

Nitqində problem yarandığına görə əvvəlki məhkəmə proseslərindən fərqli olaraq, bu dəfə Bəxtiyar Hacıyev geniş danışa bilməyib. O bildirib ki, ədalətli nəticə gözləntisi yoxdur:

“Vilayətin (daxili işlər naziri Vilayət Eyvazovu nəzərdə tutur – red) kuklalarından nə gözləyim?”

Müstəntiq etiraz edib, deyib ki, Bəxtiyar Hacıyevin həbsdə saxlanması üçün kifayət qədər əsas var. Aclığa gəlincə, müstəntiq belə deyib:

“Bu, onun subyektiv fikridir”.

Habil Məmmədov apelyasiya şikayətini təmin etməyib.

Vəkil Aqil Layıc Meydan TV-yə bildirib ki, Bəxtiyar Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona qarşı rəftardan şikayətlənib: “Deyir ki, otaqda ona nəzarət edən şəxslər faktiki psixoloji terror edirlər. 44 gün aclıq edən adamın yanında dönər yemək nə deməkdir? Yaxud da yatmağa da imkan verilmir. Deyir, televizorun pultunu döşəyin altına qoyuram, yenə də götürüb yandırır, səs verib, əsəblərimlə oynayırlar”.

Vəkilləri onu da bildirib ki, Bəxtiyar Hacıyev yeriməkdə çətinlik çəkdiyindən araba ilə aparılıb.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button