2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bəxtiyar Hacıyevin həbsinə etiraz edən fəalla  bağlı araşdırma başlayıb

Yayımlandı: 20 Fevral 2023 22:06

Rza Səfərsoyun aksiyaya gələrkən saxlanıldığı deyilir

Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti (ALÖV) Partiyasının sədri Rza Səfərsoyun saxlanıldığı bildirilir. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Bildirilir ki, o, ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq Bakı Apelyasiya Məhkəməsinin qarşısında keçirilən aksiyaya qoşularkən saxlanılıb.  Rza Səfərsoyun həyat yoldaşı da Meydan TV-yə deyib ki, onunla sonuncu dəfə məhkəmənin qarşısında olarkən danışıb, həmin vaxtdan da əlaqə kəsilib. Rza Səfərsoy isə öz “Facebook” səhifəsində AXCP üzvü Əlzamin Salayevə azadlıq tələb etdiyini, 20 fevral, saat 12.00-da onun məhkəməsi keçiriləcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rza Səfərsoyun saxlanılması xəbərini Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də təsdiqləyib. Elşad Hacıyev Meydan TV-yə deyib ki, Rza Səfərsoyla bağlı araşdırma başlanılıb. 

Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasıyla bağlı verilmiş şikayətə baxılıb. Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və ictimai fəalı azalığa buraxmayıb.  

Bəxtiyar Hacıyev 44 gündür aclıq aksiyası keçirir. O, son 5 gündür sudan da imtina edərək quru aclığa başlayıb. Nəticədə səhhəti kəskin pisləşib, məhkəməyə əlil arabasında gətirib və yolda qusub. Bu səbəbdən bir qrup ictimai fəal aksiya keçirərək onun azadlığını tələb ediblər. Aksiyada 5 nəfər saxlanılıb, onlardan 3-ü bir neçə saat sonra sərbəst buraxılıb. 

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button