2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bəxtiyar Hacıyevin şikayəti bu dəfə də təmin edilmədi

Yayımlandı: 8 Fevral 2023 19:11

Müstəntiq hesab edib ki, ictimai fəal azadlıqda olsa, istintaqa təzyiq edə bilər

Bakı Apelyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün vəkillərinin verdiyi daha bir şikayətə baxılıb. Bu dəfə də apelyasiya şikayəti təmin olunmayıb – məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmaqdan imtina edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qapalı keçirilən məhkəmə iclasında ictimai fəalın özü də iştirak edib. O, təqsirsiz olduğunu, sifarişlə həbs olunduğunu vurğulayıb.

Məhkəmədə Bakı şəhər Baş Polis İdarəsinin nümayəndəsi Bəxtiyar Hacıyevin həbsdən buraxılmasına etiraz edib. Müstəntiq iddia edib ki, onun azadlıqda qalması istintaqın gedişinə mənfi təsir göstərər – qaçıb gizlənə, şahidlərə təzyiq göstərə bilər və s.

Vəkillər isə əksinə, onun həbsdə saxlanması üçün heç bir əsas olmadığını vurğulayıblar.

Bəxtiyar Hacıyevin vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, yanvarın 9-dan başladığı və 31 gündür davam etdirdiyi aclıq ictimai fəalın səhhətində ciddi fəsadlar yaradıb. Vəkilin sözlərinə görə, fevralın 7-dən 8-nə keçən gecə Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib: “Bəzən elə olur ki, vəziyyəti kəskinləşir, mədə qanaxmasına görə həkimlər dərman da verə bilmir”.

Bəxtiyar Hacıyev məhkəmədə əlyazmalarının, o cümlədən dövlət orqanlarına yazdığı məktubların, vəkillərinə təqdim etmək üçün hazırladığı vəsatətlərin Bakı İstintaq Təcridxanasında əlindən alındığını da bildirib. O deyib ki, heç bir cinayət törətmədiyi halda, sifarişlə həbs etməklə kifayətlənməyib, hələ də ona qarşı qanunsuz hərəkətləri davam etdirirlər.

İctimai fəal əlavə edib ki, səhhətindəki problemlərə baxmayaraq, aclığı dayandırmaq niyyətində deyil.

Çıxışlardan sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, apelyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button